Tanınmış şirkət “Gilan”ı məhkəməyə verdi
“Met-AK” MMC “Gilan Orchards” MMC-ni məhkəməyə verib.
Rakus.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Met-AK” 131 511 manat həcmində müqavilə üzrə məbləğin tutulması barədə tələb irəli sürüb.
Məhkəmə elektron iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, “Met-AK” MMC -nin elektron iddia ərizəsi qaytarılmalıdır.
Qanuna əsaəsn, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir.
Məhkəmə tərəfindən müəyyən edilib ki, “Met-AK” MMC tərəfindən cavabdehə sənədlərin təqdim olunması barədə poçt xəbərnaməsinin qoşmada göstərilməsinə baxmayaraq, ərizəyə əlavə olunmayıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına görə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.
Xatırladaq ki, “Met-AK” MMC Azərbaycanda plastik boru, kənd təsərrüfatı təyinatlı məhsulların (meyvəçilikdə istifadə olunan müxtəlif ölçülü taraların) istehsalı ilə məşğul olur. (E-huquq)