Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanır – TÜRKİYƏDƏ
Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinə səsvermənin ilkin nəticələri qeyri-rəsmi olaraq açıqlanmaqda davam edir.
Rakus.az xəbər verir ki, yerli vaxtla saat 22.00-yə olan məlumata görə, artıq seçki qutularının 75 faizi açılıb.
Saylan bülletenlərə görə, birinci yerdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”, ikinci yerdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiyasının “Millət ittifaqı” bloku gedir.
Ədalət və İnkişaf Partiyası 24 vilayət və 16 böyükşəhər bələdiyyəsi sədrliyində, o cümlədən 535 rayon üzə irəlidə gedir. Ölkə üzrə ən çox seçicisi olan İstanbul vilayətində də liderlik AKP ilə CHP arasında başa-baş davam edir. Bu saata olan məlumata görə,“Cümhur ittifaqı”nın namizədi Binəli Yıldırım 48,72 faiz, “Millət ittifaqı”nın namizədi Ekrem İmamoğlu isə 48,63 faiz səs toplayıb. Açılan sandıqlar 98,8 faiz açılıb.
Ankara da isə CHP-nin namizədi Mansur Yavaş seçicilərin təxminən 50,6 faizinin etimadını qazanıb.