Kral “Colan təpələri” addımını rədd edir
Səudiyyə Ərəbistanı Colan təpələri üzərində Suriyanın suveren hüquqlarını pozan istənilən hərəkəti qətiyyətlə rədd edir.
Rakus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Saud bu fikrini Tunisdə Ərəb Dövlətləri Liqasının 30-cu sammitindəki çıxışında bəyan edib.
Səudiyyə kralı, həmçinin Suriya böhranının siyasi yolla həllinə nail olmağın vacibliyini vurğulayaraq bildirib ki, məhz bu halda Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və təhlükəsizliyi təmin ediləcək.
Fələstin probleminə də toxunan kral vurğulayıb ki, bu məsələ ölkəsinin diqqət mərkəzində qalacaq. Onun sözlərinə görə, Fələstin xalqının öz müstəqil dövləti olmalıdır və bu dövlətin paytaxtı Şərqi Qüdsdür.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trump daha əvvəl Сolan Tepeleri üzərində İsrailin suverenliyini tanıyan bir bəyanat imzalamışdı.