Dünya 01.04.2019 19:12

Yenidən hesablanmada nəticə dəyişə bilər - VİDEO

İstanbulun bələdiyyə sədri seçkilərində səslərin yenidən hesablanması hazırkı nəticəni dəyişə bilər.

Rakus.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu bələdiyyə sədri postuna namizədliyi Ədalət və İnkişaf Partiyasından irəli sürülən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

“Səslərin hesablanması prosesi davam edir və elə görünür ki, Cümhuriyyət Xalq Partiyasından olan rəqibim Əkrəm İmamoğlu məndən 25 min çox səs toplayıb. Lakin 320 minə yaxın etibarsız səs var. Əgər səslər yenidən hesablansa, nəticə dəyişə bilər”, – deyə Binəli Yıldırım bildirib.

Ali Seçki Komissiyasının məlumatına əsasən, bülletenlərin 99,75 faizinin hesablanmasından sonra İstanbul bələdiyyəsinə keçirilən seçkilərdə Əkrəm İmamoğlu 48,79 səslə önə çıxıb, Binəli Yıldırıma isə seçicilərin 48,51 faizi səs verib.

Yerli seçkilərdə əsas mübarizə ənənəvi olaraq İstanbulda gedir. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 1990-cı illərdə Türkiyənin ən böyük meqapolisinin bələdiyyəsinə rəhbərlik edib. Seçkilərdə ölkənin böyük şəhərlərində qələbə qazanmaq partiyaların əsas məqsədlərindən biridir.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli orqanlara keçirilən seçkilərin bu saata olan ilkin nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası alyansı 51,63 faiz, Cümhuriyyət Xalq Partiyası və Yaxşı Partiya ittifaqı isə 37,55 faiz səs toplayıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO