Səhiyyə 01.09.2019 11:52

Bakıda həkim uşağı 1900 manata sünnət etdi  - FOTO

Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur.
Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır.
Rakus.az xəbər verir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova Cebhe.info-ya müraciət edərək 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçi olduğunu bildirib. Gülsüm Şükürovanın sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir:
“Yoxlamalardan sonra əməliyyat qərarı verildi. Əməliyyat üçün 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevə müaricət etdik. Cərrah ilkin yoxlamaların, USM-nin nəticələrini bəyənməyərək yenidən yoxlamalar, analizlər apardı.
Nəticədə cərrah əməliyyata qərar verdi və bizə bildirdi ki, böyrək çıxarılmayacaq, “stend” qoyulacaq. Bunun gələcəkdə hansı problemləri yaradacağını soruşduq. Allahverdi Musayev bizə dedi ki, 30 yaşına qədər heç bir problem olmayacaq. 2018-ci ilin 9 martında əməliyyat oldu, amma bir neçə aydan sonra problemlər ortaya çıxdı.
Yenidən başqa həkimə müraciət etdik. Yoxlama nəticəsində məlum oldu ki, Allahverdi Musayev əməliyyat adı altında uşağı ancaq sünnət edib. Böyrəklə bağlı heç bir iş görülməyib. Ancaq əməliyyat izi qoyub. USM yoxlamalarından məlum oldu ki, Allahverdi Musayev “stend” qoymayıb. Baxmayaraq ki, əməliyyat buna görə olub və məhz “stend”ə görə biz vəsait ödəmişik.
Ümumilikdə isə Allahverdi Musayevə 1900 manat pul vermişik. Şəxsən öz əlimlə bu pulu həkimin özümə vermişəm. 1900 manatdan 850 manatı “stendə”, 50 manatı isə sünnətə görə ödənilib. 1000 manat isə həkimə əməliyyat pulu kimi verilib. Bundan əlavə isə analizlərə və digər prosedurlara görə xərcimiz çıxıb”.
Şikayətçi 4 yaşlı Cavidanın artıq ikinci əməliyyat keçirdiyini deyib:
“Artıq ikinci əməliyyat da baş tutub. İkinci əməliyyatı isə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının cərrahı Eldar Hüseynov edib. Əməliyyat bu ayının 23-də olub. Yoxlamalardan sonra Cavidanın böyrəyinin artıq inkişafdan qaldığını və çıxarılmasının məcbur olduğunu dedilər.
Nəticədə Cavidanın bir böyrəyi çıxarıldı. Allahverdi Musayevin səhvimi, səhlənkarlığımı ucbatından 4 yaşlı balamız iki dəfə bıçaq altına düşdü”.
Şikayətçi Gülsüm Şükürova Allahverdi Musayevdən onlara dəymiş zərərin ödənilməsini istəyir: “Allahverdi Musayev bizə maddi və daha çox mənəvi zərər vurub. İkinci əməliyyatın stressini, xərcini də nəzərə alsaq, bizə dəymiş zərərin nə qədər böyük olduğunu görmək çətin deyil. Tələb edirik ki, Allahverdi Musayev bizə vurduğu zərəri ödəsin”.
Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin  cərrahı Allahverdi Musayevlə əlaqə saxladıq. A.Musayev əvvəlcə  belə bir xəstəsinin olmadığını, məlumatın yanlış verildiyini deyib. Bizə təqdim olunan sənədlərdə imzası olduğunu deyəndən sonra isə telefonu məşğula qoyaraq sualları cavablandırmaqdan yayınıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO