Səhiyyə 07.09.2019 07:17

Bunları bilirsinizmi?

Qripin ağırlaşması ölümlə nəticələnə bilir

Rakus.az xəbər verir ki, qrip öskürək, yaxud asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq və s. qripin əlamətləridir. Xəstəlik adətən 2-7 gün müddətində davam edir.

Qripə yoluxanların çoxu tam sağalır. Lakin bəzən qripin ağırlaşmaları ölümlə də nəticələnə bilir. Xəstəliyin ağırlaşmasına körpələr, yaşlılar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlərdə daha çox rast gəlinir.

Qrip virusunun A, B və C tipli 3 növü var. İnsanlar arasında daha çox A və B tipli virus geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək, yoluxma ehtimalını artırır. Bu, mövsümi qrip adlanır. Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında bu dövr əksər hallarda 6-8 həftə davam edir.

Qripə qarşı peyvənd 1 il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Qripə qarşı peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. İmmunizasiya hər il, adətən, oktyabr və ya noyabr aylarında aparılır.

Qripə yoluxmamaq üçün hər il peyvənd olunmaq lazımdır. Qripə qarşı peyvənd öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını almır, yalnız növbəti qışda baş verməsi gözlənilən spesifik qrip virusunun qarşısının alınması üçün edilir.

Yaşı 65-dən yuxarı olan şəxslərə, davam edən (xroniki) ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi olanlara – stenokardiya, ürək çatışmazlığından əziyyət çəkənlərə, yaxud nə vaxtsa infarkt keçirənlərə, ağır böyrək xəstəliyi olanlara (nefrotik sindrom, xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı, böyrək köçürülməsi), sirroz kimi ağır qaraciyər xəstəliyi olanlara, diabet xəstəliyindən əziyyət çəkənlərə, immuniteti zəif olanlara, məsələn, kimyaterapiya və yaxud steroid müalicəsi alanlara (bir aydan çox), QİÇS xəstəliyi olanlara və ya dalağı çıxarılanlara, dağınıq skleroz kimi ağır sinir sistemi xəstəliyi olanlara və yaxud keçmişdə insult keçirən şəxslərə, xroniki xəstələr üçün müalicə mərkəzi və yaxud uzun müddətli qayğı mərkəzində müalicə alan şəxslərə payız fəslində mövsümi qripə qarşı vaksin edilməsi tövsiyə olunur.

Bu vaksinin tənəffüs yolları infeksiyasına yoluxan uşaqlara edilməsi də məsləhət görülür.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO