Boltonun istefası ABŞ-ın Tehrana təzyiq göstərməməsinə dəlalət edir – Hesaməddin Aşna
“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefası Ağ Ev siyasətinin Tehrana təzyiq göstərməməsinə dəlalət edir”.
Rakus.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhaninin müşaviri – Hesaməddin Aşna deyib.
“Boltonun istefası sıradan bir hadisə deyil. Bu, ABŞ strategiyasının İranın konstruktiv müqavimətinə qarşı maksimum təzyiq göstərə bilməməsinin inkaredilməz bir göstəricisidir”, – deyə İran prezidentinin müşaviri Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondan onunla olan fikir ayrılıqları olduğundan istefa verməsini istəyib. O, gələn həftə Boltonu bu vəzifədə kimin əvəz edəcəyini açıqlamağı planlaşdırdığını söyləyib. Bolton isə öz növbəsində Amerika liderinə istefasını təklif etdiyini yazmışdı.