Bunları bilirsinizmi?
Astma xəstəliyinə qarşı yeni preparat yaradıldı
Rakus.az xəbər verir ki, rusiyalı alimlər astma xəstəliyinin əsas mexanizmlərindən birinin – xroniki bronxit soyuqlamasının qarşısını ala biləcək preparat yaradıblar.
Rusiyanın İmmunologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Musa Xaitov “İzvestiya”ya müsahibəsində bildirib ki, soyuqdəymə əleyhinə olan yeni preparat boğulma ilə nəticələnən tutmaların da qarşısını alacaq.
Onun sözlərinə görə, yeni yaradılmış preparatın dünyada analoqu yoxdur, hazırda bu, ən qabaqcıl dərmandır. Özünün unikal genetik tərkibi sayəsində preparat maksimal effektivliyə malikdir.
Dərman artıq bəzi sınaqlardan keçirilib, insanlar arasında da test edildikdən sonra, inhalhasiya (inhalyasiya – dərman maddələrinin nəfəslə bədənə daxil edilməsidir) formasında istifadə üçün buraxılacaq.