Səhiyyə 16.09.2019 07:17

Bunları bilirsinizmi?

Bəzi insanlar təmizlik işlərini bitirdikdən sonra da onlara elə gəlir ki, hələ də harasa kirli, mikroblu qalıb.

Rakus.az xəbər verir ki, hətta tam təmizlənməsindən əmin olmadıqları üçün paltarları dəfələrlə yumağa çalışırlar. Onların bu cür düşünmələri artıq xəstəlik əlaməti sayılır və tibdə buna “opsessiv pozuntu” deyilir.

Bəs bu xəstəlik nədir?

Həkimlərin sözlərinə görə, bu hal ifratın psixi pozuntuya dönən formasıdır. Unutmaq olmaz ki, təmizkar olmaqla xəstə olmaq fərqli anlayışlardır. Təmizlik sevənlərin hamısını xəstə adlandırmaq olmaz. Tibdə bildirilir ki, təmizlik şəxsin gündəlik sosial ictimai həyatına mane olursa, bu artıq xəstəlikdir.

Xəstəliyin əlamətləri hansılardı?

Əgər şəxs dayanmadan əlini yumağa ehtiyac görürsə, şübhələnməyə əsaslar yaranır. Bundan başqa, həftədə 4-5 dəfə yuyunan və hamam otağında 2-3 saat vaxt keçirən insanlar da narahat olmalıdırlar.

Belə xəstələrin əksəriyyəti evə gələn kimi üzərilərindəki paltarı yumaq ehtiyacı duyur, onu digər geyimlərdən kənarda tutmağa çalışırlar. Bu cür insanlar qonaq sevmirlər. Hesab edirlər ki, evə gələn qonaq üzərində çirk, mikrob gətirəcək. Ətrafınızda ev əşyalarını, telefonlarını, çantalarını tez-tez təmizləyən şəxslərlə qarşılaşırsınızsa, demək narahatlığa əsas var.

Bəs bu xəstəlik necə yaranır?

Araşdırmalara görə, bir neçə səbəb var ki, bunun da əsasında uşaq vaxtı valideynlərdən gələn reaksiyalar dayanır. Müəyyən edilib ki, bu insanların əksəriyyətinin analarının təmizliklə bağlı narahatlığı olub və ya atalarının sərt təmizlik tələbləri ilə rastlaşıb. Uşaq danlamaqdan qorxduğu üçün təmizlədiyi yeri bir daha təmizləyər və əllərini dəfələrlə yumağa çalışar. Bundan başqa, psixoloji pozğunluğu olan, asosial insanlar arasında da bu xəstəlik geniş yayılıb.

Xəstələr arasında qadınlar, yoxsa kişilər daha çoxdur?

Araşdırmalara görə, “təmizlik xəstələri” arasında qadınlar çoxdur. Bunun səbəbi odur ki, təmizlik işləri ilə, əsasən, qadınlar məşğul olurlar. Kişi xəstələr arasında isə ən çox “hamıya, hər şeyə nəzarət etmə” kimi narahatlığı olanlar üstünlük təşkil edir.

Xəstəlik vaxtında müalicə olunmazsa, bir çox sosial problemə yol açır. Bu tip insanların əksəriyyəti boşanır, sosial çevrələrini tamamilə bitirməyə çalışır, artıq işə getmək istəmir, hətta övladları ilə evdən kənarda zaman keçirməkdən qorxurlar.

Belələri əllərini o qədər yuyur, evi o qədər kimyəvi maddələrlə təmizləməyə çalışırlar ki, artıq dərilərində xəstəliklər yaranır. Eyni zamanda depressiya, intihar riski kimi psixoloji problemləri olur.

Bu xəstəliyin müalicəsi varmı?

Opsessiv pozuntunun 3 forması var – yüngül, orta və ağır. Həkimlər xüsusi testlər vasitəsilə xəstəliyin hansı dərəcədə olduğunu müəyyən edə bilirlər.

Yüngül dərəcəli xəstələri davranış terapiyası ilə müalicə etmək mümkündür.

Orta və ağır xəstələrə isə psixoterapiya ilə bərabər dərman terapiyası da tətbiq edilir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO