Tokayev Rusiyaya rəsmi səfərə gedir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çərşənbə günü Rusiyaya rəsmi səfəri və Vladaimir Putinlə görüşü planlaşdırılıb.
Rakus.az xəbər verir ki, bu, Tokayevin Qazaxıstanın Prezidenti kimi ilk xarici səfəri olacaq. Onu Rusiya prezidenti dəvət edib.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Putin və Tokayev ikitərəfli əlaqələrin əsas mövzularını, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsi perspektivlərini, habelə regional gündəliyin bəzi aktual məsələlərini müzakirə edəcəklər.
Qazaxıstanın baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, liderlərin görüşünün gündəliyi siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də mövcud regional və beynəlxalq mövzulardan ibarətdir. Səfərdən sonra bir sıra ikitərəfli sənədləri imzalamaq planlaşdırılır. (RİA “Novosti”)