Səhiyyə 20.09.2019 07:17

Bunları bilirsinizmi?

Müasir dövrün şərtləri və iş rejiminin təsirindən yeni nəsil daha çox oturaq həyat tərzi keçirməkdədir.

Rakus.az xəbər verir ki, hərəkətsiz yaşam tərzinin insanların kökəlməsi, artıq çəki problemi ilə nəticələndiyinə dair həkimlərin xəbərdarlıqlarına tez-tez rast gəlirik. Bu səbəbdən valideynlər uşaqlarının çox erkən yaşda idmanla məşğul olmasını istəyirlər.

Bəs, ilk olaraq hansı idmandan başlamaq lazımdır? Uşaqlara hansı idman növü ilə məşğul olmaq məsləhət görülmür? Hansı idman növləri uşaqlar üçün daha uyğundur? Uşaqlar üçün idman növü seçəndə nələrə diqqət edilməlidir?

Fizioterapevt Sənan Cəfərov bildirir ki, idmanla məşğul olmaq əzələləri tonuslandırır, əzələlər daha çox elastik və möhkəm olur: “Fiziki hazırlıq almış oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. İdmanla məşğul olmaq omba, dizlər və xüsusilə onurğa səviyyəsindəki ağrıların qarşısının alınmasına imkan verir. Daimi fəal hərəkət isə ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir. Yaşa və fiziki sağlamlığa uyğun idman növünü seçmək çox vacibdir”.

Uşaqların idman yaşına gəldikdə, fizioterapevt deyir ki, valideynlər övladları üçün idman növü seçərkən diqqətli olmalıdırlar: “Bizə müraciətlər zamanı idman növünü seçərkən ciddi xətalara yol verildiyinin şahidi oluruq. Valideynlər bilməlidirlər ki, 0-4 yaşına qədər istənilən uşaq üçün ən gözəl, ən məsləhət görülən idman növü üzgüçülükdür. 4 yaşdan əvvəl istənilən idman növü uşağa zərər verəcək. Üzmə sümük problemlərində təsirlidir. Əzələ və oynaq problemi olanlar, fiziki və fizioloji fəaliyyət olaraq üzmədən rahatlıqla faydalana bilər. Eyni zamanda, üzmək elastikliyi artırır. Suyun içində sümüklər və oynaqlar daha da rahatlayır. Bunun sayəsində üzənlər elastiklik qazanır və bədən üzvlərini daha geniş bucaqlarda rahatlıqla aça bilirlər. Üzmək ürək sağlamlığına da kömək edir”.
Mütəxəssisin sözlərinə görə, 5-8 yaş arasında olan uşaqlar üçün stolüstü tennis tövsiyə olunur: “8-12 yaş arasında olan uşaqlar isə futbol, voleybol və basketbol kimi idman növləri ilə məşğul ola bilərlər. Döyüş növləri hesab edilən – güləş və boksla məşğul olmaq istəyənlər üçün ən ideal yaş 12-14 yaş aralığıdır. Əgər məsləhətlər nəzərə alınsa, uşaqlar həm sağlam, həm də yaşlarına uyğun inkişaf etmiş olacaqlar. Bəzən valideynlər övladlarını daha erkən, 7-8 yaşında güləş, yaxud boksla məşğul olmasını istəyir. Bu məsələdə valideyn istəyi yox, tibbi göstəriş nəzərə alınmalıdır. Valideynlər başa düşməlidirlər ki, daha erkən yaşda, vaxtından əvvəl döyüş idman növləri ilə məşğul olan uşaqlar kəllə-beyin travmaları alırlar. Oynaqlar daha yaxşı formalaşmadığı, ora daha çox yük düşdüyü üçün uşağın gələcəyində, sağlamlığında problemlər yaranır”.

S. Cəfərov yaşlı insanların da idman seçimi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, yaşlı insanlar da idman seçimində diqqətli olmalıdırlar: “Çünki 65 yaşa qədər və daha yaşlı insanlarda əzələnin inkişafı əvvəlki səviyyədə olmur, bütün ağırlıq sümüklərin üzərinə düşür. Ağır atletika, yaşına və bədən strukturuna uyğun olmayan idman növləri bu yaşdakı insanlar üçün məsləhət deyil. 45 yaşdan yuxarı insanlar üçün də ən ideal idman növü üzgüçülükdür. Digər idman növləri zərərli olacaq”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO