Kriminal 17.09.2019 19:59

“Leş Tofiq” tutuldu, restoranlarda qiymət qalxdı  

“Bəzi restoranlarda ət yeməklərində qiymət artımının baş verməsi ilə bir neçə gün əvvəl “leş mafiyası”nın zərərsizləşdirilməsi  ararsında əlaqə ola bilər”.
Rakus.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştərilərdəndir.
“Bəzən deyirlər ki, “leş mafiyası” kolbasa sexləri ilə işləyir. Xeyr. Təkcə kolbasa sexləri deyil.  Onlar restoranlar, şadlıq sarayları, kafelərlər də işləyir. Hətta deyərdim ki, onların mallarını daha çox restoran və kafelər alır”,- deyə Eyyub Hüseynov bildirib.
AİB sədri qeyd edib ki, uzun illərdir müvafiq qurumları, eyni zamanda ictimaiyyəti “leş mafiyası”na qarşı mübarizəyə çağırıb:
“Bu məsələdə yalnız Daxili İşlər Nazriliyinin fəaliyyətini yüksək qiymətləndirə bilərəm. Bir neçə il əvvəl də məhz bu nazirlik mənim “leş mafiyası” ilə mübarizəmə dəstək verdi. Həmin vaxt leş ətlərin Bakıda saxlanıldığı yeri müəyyən etmiş və dərhal bunu ictimailəşdirmişdim. O zaman hətta DİN təhlükəsizliyimi qorumağı da təklif etdi.  Həmin vaxt ciddi istimai dəstək olmadığına və digər qurumlar baş verənlərə həvəssiz yanaşdığına görə bu mafiyanı tam olaraq zərərsizləşdirmək olmadı.
Bir neçə gün əvvəl bu yenə də DİN-nin əməkdaşları bu mafiyanın xeyli üzvünü həbs etdi. Buna görə nazir Vilayət Eyvazoba təşəkkür edirəm. Bu çox ciddi bəladır. Buna qarşı hamı mübarizə aparmalıdır”.
Eyyub Hüseynov deyir ki, bəzi hallarda leş ətlər uşaq bağçalarına da yol tapır.
“Bu adamlar üçün müqəddəs heç nə yoxdur.  Ona görə də ciddi tədbir görülməli və bu məsləyə birdəfəlik son qoyulmalıdır. Mən din xadimlərini də bu məsələyə biganə qalmamağa çağırıram.
Leş mafiyası ilə əlaqədə olan restoranlar, şadlıq sarayları və kafelərin adları ictimaiyyətə açıqlanmalıdır. Onlar cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, ictimai qınağa da tuş gəlməlidir”,- deyə AİB sədri vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməliyyat keçirərək  qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan dəstəni həbs edib. Dəstəyə rəhbərliyi “Leş Tofiq” ləqəbli Alıxan Rzaxanov və Əlifxan Rzaxanov həyata keçirib. (Yeni Sabah)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO