Bunları bilirsinizmi?
Tanınmış amerikalı kardioloq Klayd Yansi bəyan edib ki, hər insanın uzun ömür sürməsi, 90 və ya 100 il yaşaması üçün 90% şansı var.
Rakus.az xəbər verir ki, bunun üçün o, yalnız 7 sadə qaydaya riayət etməlidir.
Həkimin sözlərinə görə, hər insan aşağıdakı qaydalara əməl etməklə sağlamlığının optimal vəziyyətinə çata bilər:
1. Fəal həyat tərzinə riayət etmək. Fiziki fəallığın olmaması həyatımızın 4 ilini əlimizdən alır. Fiziki fəal olmayan insanlar ürək xəstəlikləri və insult riskinə məruz qalırlar.
2. Xolesterinin səviyyəsini bilmək və nəzarət etmək. Xolesterinin qanda yüksək səviyyəsi piyin yığılmasına gətirib çıxara bilər. Bu isə ürək xəstəlikləri və insult riskini artırır.
3. Sağlam pəhrizə riayət. Düzgün qidalanma sağlam olmağın ən vacib amillərindən biridir. Həqiqətən bu qaydaya riayət etmək çətin deyil. Həkimlərin sözlərinə görə, bunun üçün böyük miqdarda meyvə-tərəvəz, buğda, arpa və s. yemək lazımdır.
4. Qan təzyiqini bilmək və ona nəzarət etmək. Yüksək qan təzyiqini “sakit qatil” adlandırırlar. Qan təzyiqini bilməklə və ona nəzarət etməklə insult riskini 40%, ürək tutmasını isə 25% azaltmaq olar.
5. Sağlam çəki. Artıq çəki ürək xəstəlikləri və insultun əsas risk faktorudur. Piylənmə ömrü 4 il qısalda bilər.
6. Şəkərli diabetlə bağlı təhlükələrdən xəbərdar olmaq. Diabet yüksək qan təzyiqi, ateroskleroz, ürəyin işemik xəstəliyi və insult riskini artırır.
7. Siqaret çəkməmək. Yüz minlərlə insan hər il tütün istifadə etdiyinə görə vaxtından tez dünyasını dəyişir. İnsan siqaret çəkməyi tərgitməklə, ürək xəstəlikləri və insult riskini dərhal azalda bilər.