Dünya 27.09.2019 23:39

İranın Nyu-York həmləsi – ABŞ-ın “amansız iqtisadi terroru” – TƏHLİL - FOTO

“İran sanksiyalar ləğv edilməyincə nüvə proqramına dair heç bir danışıqlara getməyəcək”.

Rakus.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı çıxışda deyib.

O eyni zamanda Birləşmiş Ştatları “amansız iqtisadi terrorda” ittiham edib.

Sentyabrın 25-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında etdiyi nitqdə Ruhani bildirib ki, İran rəsmiləri “İran üzərinə tarixdə ən ağır sanksiyaları qoyduğunu iddia edən adamlarla” danışıqlar apara bilməz.

İran Prezidenti Birləşmiş Ştatların İranı “beynəlxalq iqtisadiyyatda iştirakdan məhrum etmək üçün çox cəhdlər göstərdiyini bildirib. Ruhani bunun “beynəlxalq quldurluq” olduğunu deyib.

Tehran və Vaşinqton arasında münasibətlər Birləşmiş Ştatlar ötən il 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra gərginləşib. Bu saziş 2015-ci ildə imzalandıqda ABŞ da daxil olmaqla, dünya gücləri İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılacağını vəd etmişdilər. Lakin Vaşinqton bu sazişi tərk etdikdən sonra ABŞ İran üzərinə onun neft ixracatını hədəfləyən və iqtisadiyyatını boğan ağır sanksiyaları bərpa edib.

ABŞ Prezidenti 2015-ci il nüvə sazişinin İrana qarşı kifayət qədər sərt olmadığını iddia edir və bu sənədin yenidən müzakirə olunmasını istəyir. Tramp hesab edir ki, bu sazişdə İranın raket proqramına dair müddəalar da olmalı idi.

İran bildirir ki, raket proqramından yalnız dinc məqsədlər üçün istifadə etmək istəyir.

Donald Tramp öz niqtində İranı sərt tənqid etmiş və sanksiyaların gücləndiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
Donald Tramp öz niqtində İranı sərt tənqid etmiş və sanksiyaların gücləndiriləcəyi ilə bağlı xəbərdarlıq edib

Tehran və Vaşinqton arasında münasibətlər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft qurğularına raket və dron hücumlarından sonra daha da tarıma çəkilib.

ABŞ, Qərb hökumətləri və Səudiyyə bu hücuma görə İranı ittiham edirlər.

Sentyabrın 24-də Baş Assambleyaya müraciət edən Tramp bütün ölkələri “repressiv İran rejiminə qarşı təbdirlər görməyə” çağırıb.

O deyib ki, İran davranışını dəyişməyənədək onun üzərindəki sanksiyalar saxlanacaq və hətta daha da sərtləşdiriləcək.

ABŞ prezidenti İran liderlərini “Suriya və Yəməndə faciəli müharibələri qızışdırmaqda” günahlandırıb və İranı Səudiyyə Ərəbistanının neft obyektlərinə bu yaxınlarda keçirilmiş hücumda ittiham edib.

“Birləşmiş Ştatlar heç bir ölkə ilə münaqişə istəmir. Biz hamı ilə sülh, əməkdaşlıq və qarşılıqlı fayda olmasını arzulayırıq. Amma mən heç vaxt Amerikanın maraqlarını müdafiə etməyi dayandırmayacam,” – ABŞ prezidenti çıxışında bildirib.

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel də daxil edilməklə, dünya liderləri Tramp-Ruhani görüşünün keçirilməsinə çağırıb. Onlar bununla iki ölkə arasındakı gərginliklərin nisbətən azala biləcəyinə ümid bəsləyir. Lakin bu səylər indiyədək nəticə verməyib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO