Dünya 28.09.2019 18:00

İtaliyalı jurnalist İrəvanın acınacaqlı vəziyyətindən yazdı - FOTO

“Uzun çirkli yollar. Boş, məhv olunmuş sahələr. Dəmir, hətta kirəmit dam örtükləri olan, kərpicdən tikilmiş evlər. Ermənistanın paytaxtından kənara çıxan kimi özünü sonsuz yoxsulluğun içində tapırsan….”.

Rakus.az xəbər verir ki, bu sözləri italyan Katolik kilsəsi və “Caritas Roma” təşkilatının dəstəyi ilə maliyyələşdirilən iki layihənin icrası ilə əlaqədar Ermənistanda səfərdə olmuş İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının (FISC) jurnalistlərdən biri M.Chiara Biagioni səfərindən sonra yazdığı, FISC-in internet səhifəsində yerləşdirilmiş və “Sir” İnformasiya Agentliyinin də yaydığı məqalədə qeyd edib. Jurnalist vurğulayıb ki, 8 milyonluq dəyəri olan sözügedən layihələr yoxsulluqdan əziyyət çəkən Ermənistanda köməyə ehtiyacı olan əsasən uşaqlara və yaşlılara yardıma yönəlib.

Məqaləsində səfər zamanı Ermənistanda (İrəvanın Türkiyə ilə sərhəd əyalətlərindən biri olan Artaşat, habelə Gümrü şəhərində) üzləşdiyi yoxsulluğu və acınacaqlı vəziyyəti təfərrüatlı şəkildə təsvir edən jurnalist yerli əhali ilə söhbətinə istinad edərək bu vəziyyəti, xüsusilə də ətraf bölgələrdə yaşayan ermənilərin yaşam tərzini “ağ soyqırımı” adlandırıb.

“Caritas Roma” təşkilatının Artaşat ofisinə gəldikdə isə jurnalist ofisin yoxsul evlərin arasında bir qədər kənarda yerləşdiyini, mütəmadi olaraq burada işləyən 20-yə yaxın könüllünün əyalətdəki yaşayış vəziyyətləri çox ağır, əşyasız və su problemləri olan evlərdə acınacaqlı vəziyyətdə yaşayan, övladları tərəfindən tərk edilmiş yaşlıları ziyarət ediklərini, onlara tibbi yardım göstərdiklərini, hər 15 gündən bir yağ, pendir, düyü, şəkər və digər ehtiyacları qarşılayacaq bağlamalarla təmin etdiklərini bildirib. Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı acınacaqlı vəziyyəti hazırda Ermənistanda gənclərin iqtisadi böhranla əlaqədar olaraq ölkəni tərk etməsi və valideynlərin tənhalıq içində qocalması ilə əlaqələndirib. Jurnalist layihə çərçivəsində orada yoxsulluq içində yaşayan, dağılmış ailələrdən gələn 7-17 yaş arası yetim uşaqlara dəstək üçün “Piccolo Principe” (Kiçik Şahzadə) mərkəzinin də fəaliyyət göstərdiyini qeyd edib. O, uşaqların yoxsulluq, antisanitariya şəraitində yaşam nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkdiyini də diqqətə çatdırıb. “Sizin İtaliyanın buradakı insanlar üçün necə bir yaxşılıq etdiyindən təsəvvürünüz belə yoxdur. Bu pullar həyata ehtiyacı olan insanlara ümid gətirir. Sizin üçün həmin pullar sadəcə rəqəmdir, buradakılar üçün isə həyatdır”, – deyə jurnalistlə söhbətində erməni-katolik kilsəsinin yepiskopu Rafael Minasian bildirib.

İtaliyalı jurnalist Ermənistanın qərb sərhədlərinə başqa ölkənin əsgərlərinin nəzarət etdiyini və onların sərhəddən giriş və çıxışı qadağan etdiyini, eyni vəziyyətin şərq sərhədlərində də mövcud olduğunu vurğulayır. O, Ermənistanın Azərbaycanla müharibə şəraitində olmasının ölkəni mütəmadi şəkildə gərginlikdə saxladığını, istər qərb, istərsə də şərq sərhədlərinin bağlı olmasının malların tranzitinə, ticarətin inkişafına mane olduğunu, bu vəziyyətin də ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını diqqətə çatdırır. Analitiklərin fikrinə istinad edən jurnalist Azərbaycan ilə yekun bir razılığın əldə edilməyəcəyi və Türkiyə ilə münasibətlərin yaxşılaşmayacağına qədər vəziyyətin dəyişməyəcəyini bildirib.

Məqalələrə keçid aşağıdakı linklər vasitəsilə mümkündür:

https://www.agensir.it/mondo/2019/09/19/armenia-nella-periferia-di-artashat-la-chiesa-a-fianco-dei-poveri/

https://www.fisc.it/2019/09/23/armenia-continua-il-viaggio-scoperta-dei-progetti-8xmille/

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO