Dünya 29.09.2019 22:40

Paşinyan rejimi ölkədə nifrət ab-havası yaradıb – Rusiya KİV

Ermənistanda 2018-ci ilin aprelində “məxməri inqilab” adlanan siyasi fırıldaq nəticəsində hakimiyyət keçmiş prezident Serj Sarkisyandan Nikol Paşinyana keçib. Lakin bu hadisəsən il yarım keçsə də, Ermənistan demokratik ölkəyə çevrilməyib.

Rakus.az xəbər verir ki, bu fikirlər Rusiyanın “Nezavisimaya qazeta” nəşrindəki məqalədə yer alıb. Qəzet yazır ki, Ermənistan konstitusiya və qanunlarla deyil, qeyri-hökumət təşkilatlarının nizamnamələri ilə idarə olunur. Keçmiş prezident Sarkisyan 2010-2017-ci illərdə bilərəkdən ölkədə Qərb fondları, qeyri-hökumət təşkilatları və təriqətləri üçün “yaşıl işıq” yandırıb. Məqsəd isə dövlətçiliyin zəiflədilməsi olub.

Ermənistanda Corc Sorosun Açıq Cəmiyyət Fondu, “İeqovo şahidləri” təriqəti və digər belə təşkilatlar fəaliyyət göstərir. Ümumilikdə, ölkədə 3,5 mindən çox qeyri-hökumət təşkilatı var ki, onların da əksəriyyəti Qərb ölkələri tərəfindən maliyyələşdirilir. Ermənistanın hazırkı hökumətində Qərb qeyri-hökumət təşkilatlarının əməkdaşları işləyir. Məsələn, baş nazirin müavini, bir çox nazirlər, o cümlədən LQBT birliyinin lobbiçisi, mədəniyyət və idman naziri Araik Arutyunyan, təhlükəsizlik şurasının katibi, parlamentin sədri və müavini xarici ölkələrin xüsusi xidmət idarələrinin agentləridir. Rusiya ilə münasibətlərdə isə Paşinyan hökumətinin davranışı qeyri-müəyyəndir.

Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti hakimiyyət strukturlarına Rusiyadakı erməni diasporunun nümayəndələrini inteqrasiya etmək niyyətində deyil. Diaspor üzrə komissar vəzifəsinə ABŞ vətəndaşı Zare Sinanyanın təyin edilməsini yazının müəllifləri Rusiyadakı erməni diasporuna sillə kimi qəbul edirlər. Onların fikrincə, erməni xalqını parçalamağa çalışan Paşinyan rejimi ölkədə qarşılıqlı nifrət ab-havası yaradıb, demokratik cəmiyyət qurmaq adı altında insanların hissləri ilə oynayır. Yeni hakimiyyətin elan etdiyi sevgi və barışıq inqilabı bir çox ictimai və siyasi xadimlərlə haqq-hesab çürüdür, məhkəmə sistemi güclü təzyiqlərə məruz qalır, saxtalaşdırılmış cinayət işləri Ermənistanı avtoritar dövlətə çevirir.

Paşinyan daxili və xarici siyasətdə özünün qeyri-müəyyən hərəkətləri ilə Ermənistan milli təhlükəsizliyi üçün təhdidlər yaradır. O, Sorosla bağlı iki fonda hökumət fondundan böyük məbləğdə vəsait ayırır, ekoloji təhlükə yaradan “Amulsar” qızıl yatağının yenidən işlənilməsi barədə qərara verir, öz rejiminə yararsız insanları siyasi meydandan açıq-aşkar uzaqlaşdırmağa çalışır.

“Nezavisimaya qazeta” yazır ki, son zamanlar Paşinyan “Sasna tserer” terror təşkilatı ilə əlaqələr qurmağa başlayıb. Onlar 2016-cı ildə Paşinyanın birbaşa əmri ilə Yerevan post-patrul xidmətinin binasını zəbt etmişdi. Hadisə nəticəsində ölənlər olsa da, təşkilat üzvlərinə heç bir cəza verilməyib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO