Tramp demokratları tənqid atəşinə tutdu
Prezident Donald Tramp üzərində impiçment araşdırmasının başlanmasına səbəb olan qalmaqalın davam etdiyi bir vaxt o, cümə axşamı Vaşiqntona geri döndükdən sonra Konqresdəki Demokratlar və media barədə gileylənib və onu vəzifəsindən sui-istifadədə ittiham edən şəxsə yardım edən hökümət rəsmilərini cəzalandırlacağına işarə edib.
Rakus.az xəbər verir ki, Tramp Vaşinqtona Nyu-Yorkdan gəlib. Orada o, bir neçə gün BMT-nin baş Assambleyasında iştirak edib.
Tramp Milli Kəşfiyyat direktoru Cozef Maquayer Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi önündə administrasiyanın kəşfiyyat əməkdaşının şikayətinin Konqresə təqdim edilməsinin ləngiməsi ilə bağlı ifadə verdiyi gün Vaşinqtona dönüb.
Şikayətdə Trampın iyulun 25-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı keçmiş vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək seçkidə Demokratlar partiyasından namizədliyi qazanaraq Trampın rəqibi olmasının qarşısını alacaq və ona xələl gətirəcək Bayden və oğlu barədə məlumat toplamasını istədiyi bildirib.
Andrews hərbi hava qüvvələrinin bazasında müxbirlər önündə çıxış edən Tramp Demokratların taktikasını “rüsvayçılıq” adlandırıb və Demokratların nəzarət etdiyi Kəşfiyyat Komitəsinin sədri Adam Şiffi “nağıl uydurmaqda” ittiham edib.
“Bu, bizim ölkəmiz üçün biabırçılıqdır. Bu yeni ifritə ovudur. Adam Şiff və onun komandası nağıllar uydurur və orada mömin kimi otururlar. Bu, həqiqətən də biabırçılıqdır,” – Tramp deyib.
Tramp Ukrayna prezidenti ilə telefon danışığının, habelə Bayden və onun oğlu Hanterə qarşı korrupsiya ittihamlarının ‘tamamilə münasib’ olduğunu deyib. Lakin administrasiya bu ittihamlarla bağlı sübut irəli sürməyib.