Dünya 02.10.2019 23:39

Krım böhranı – BMT Rusiyanı günahlandırır – TƏHLİL - FOTO

BMT Ukraynanın şərqində həm hökümətin, həm də separatçıların nəzarət etdiyi ərazilərdə insan haqları pozuntularının cəzalandırılmadıqlarını bildirib.

Rakus.az xəbər verir ki, bu həftə BMT-nin insan haqları şurasının nəzərdən keçirdiyi hesabatda həmçinin Krımın rusiyalı işğalçılarının etdiyi pozuntular da qeydə alınıb.

Hesabatda Ukraynanın şərqindəki ümumi vəziyyəti tənqid olunsa da, Prezident Vladimir Zelenskinin başçılıq etdiyi yeni hökümətin ölkədə müsbət dəyişikliklər edəcəyinə dair nikbinlik yer alır.

Ukrayna prezidenti Volodimir Zelenski

Hesabatda bildirilir ki, Ukraynanın şərqində Ukrayna höküməti və Rusiyanın dəstəklədiyi separatçılar atəşkəsə əməl edir. Bundan əlavə Ukraynanın Korrupsiya Əleyhinə Məhkəməsinin fəaliyyətə başladığı bildirilir.

Hesabatda yeni təyin olunmuş baş prokuror və baş hərbi prokuror təmas xəttinin hər iki tərəfində münaqişə ilə əlaqəli olan və digər insan haqları pozuntularını dərhal təhqiq etməyə çağırılır.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Keyt Gilmor deyib ki, təmas xəttinin hər iki tərəfində keçmişdə və indi insan haqlarını pozanlar ədalətə cəlb olunmalıdır. O, qondarma Donetsk və Luhansk xalq respublikalarının rəsmilərini çox sayda tələblərə baxmayaraq BMT müşahidəçilərinə ərazilərinə və saxlama müəssisələrinə daxil olmağa icazə verməməkdə ittiham edib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Keyt Gilmor

“Buna baxmayaraq biz bu ərazilərdə insan haqları pozuntularını sənədlişdirməyə davam edirik. Buna insanların ixtiyari həbsi, insanların fundamental azadlıqlarının təmin olunmaması və daimi qorxu mühitinin olması daxildir”, -o deyib.

K.Gilmor həmçinin Rusiya Federasiyanın Krım Yarımadasında işğalçı qüvvə olaraq etdiyi pozuntuları tənqid edib. Hesabatda vurğulanan pozuntulara ifadə azadlığına məhdudiyyətlərin tətbiq olunması, qorunma statusu olan insanların deportasiya edilməsi, insanların orduya məcburi çağırılması və xüsusilə Krım tatarlarının evlərində reydlər və axtarışın aparılması daxildir.

Ukraynanın xarici işlər nazirinin müavini Sergiy Kislitsya Rusiyanın Krımı ilhaq etməsini qınayıb və Moskvanı Ukrayna vətəndaşlarının altı ildir Rusiyanın başlatdığı müharibədən əzab çəkmələrinə səbəb olmaqda günahlandırıb.

Ukraynanın xarici işlər nazirinin müavini Sergiy Kislitsya

“Öz vətəndaşlarının insan haqlarına açıq-aşkar hörmət göstərməyən, həm öz ölkəsində həm də xaricdə insan haqlarını pozan Rusiya insan haqları pozuntularının qarşısını almaq və insan haqlarını pozanları cəzalandırmaq məqsədilə yaranan bu quruma daxil olmaq istəyi ilə mənəvi cılızlıq edir”,-  Kislitsya deyib.

Rusiya 47 üzvlük İnsan Haqları Şurasına namizədliyini irəli sürüb. Ukrayna naziri deyib ki, əgər Rusiya insan haqlarının ən böyük müdafiəçisi olan BMT qurumuna seçilsə bu, “ədalətin ələ salınması” olacaq.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO