Rusiya ilə dialoqa hazırıq – Mayk Pens
Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır.
Rakus.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
“Amerika Rusiya ilə dialoq üçün açıqdır və ümid edir ki, onlar orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmaya tam riayət olunmasına yol tapa biləcək”, vitse-prezident əlavə edib ki, Rusiya razılaşmanın şərtlərini pozan raketi məhv etmək istəmir: “bizim razılaşmadan çıxmamız barədə 6 ay əvvəldən yazılı şəkildə xəbərdarlıq etməkdən başqa yolumuz yox idi”.
Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu razılaşmadan çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.
Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşma 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.