Elm və təhsil 03.10.2019 03:34

Bakıda Oljas Süleymenovla görüş keçirildi - FOTO

Bakı Kitab Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çərçivəsində tanınmış qazax şairi, Qazaxıstanın Əmək Qəhrəmanı, Qazaxıstan SSR-in Xalq yazıçısı, ictimai-siyasi xadim Oljas Süleymenovla görüş keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi gecəni açaraq ölkəmizə gəldiyinə və Azərbaycan xalqına həmişə səmimi münasibət bəslədiyinə görə yüksək qonağa təşəkkür edib. O qeyd edib ki, ölkəmizdə Oljas Süleymenovun yaradıcılığına böyük maraq var. Onun kitabları böyükdən-kiçiyə hamı tərəfindən böyük sevgi ilə oxunur. Ə.Fəhmi deyib: “Bu gün bu qədər çox insanın sizi görməyə gəlməsi çox mətləbdən xəbər verir”.

Oljas Süleymenov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycana həmişə böyük sevinc hissi ilə gəlir, çünki onu Azərbaycanın bir çox görkəmli yazıçıları və incəsənət xadimləri ilə çoxillik dostluq əlaqələri bağlayır. Qonaq deyib: “Bakı inanılmaz gözəl şəhərdir. Mən hər dəfə paytaxtınızın gözəlliyinə və bakılıların qonaqpərvərliyinə heyran oluram. Bu dəfə isə mənə gözəl Sumqayıt şəhərinə getmək nəsib oldu. Sumqayıt məndə gözəl təəssürat yaratdı. Sevindirici haldır ki, Azərbaycan sürətlə inkişaf edir. Mənə xoşdur ki, ölkənizdə mənim yaradıcılığımı yüksək qiymətləndirirlər. Bu görüşü təşkil etdiyinə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə də təşəkkür etmək istəyirəm”.

Xalq yazıçısı, deputat Elmira Axundova onun yaradıcılığına həmişə dəstək göstərdiyinə görə şairə minnətdarlığını bildirərək deyib ki, Oljas Süleymenovun Azərbaycana hər səfəri onun üçün bayramdır, çünki qazax şairi ilə onun dostluğu ötən əsrin 80-ci illərindən davam edir. E.Axundova bildirib ki, Oljas Süleymenov “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin yaradılmasında ona böyük dəstək göstərib.

Xalq yazıçısı Natiq Rəsulzadə vurğulayıb ki, Oljas Süleymenovun dünya ədəbiyyatına töhfəsi ölçüyəgəlməzdir. Onun yaradıcılığı bütün zəmanələrdə aktualdır. Ustad şairi bütün dünyada oxuyurlar.

Sonra qonaq oxucuların suallarına cavab verib.

XƏBƏR LENTİ
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb