Səhiyyə 07.10.2019 07:17

Bunları bilirsinizmi?

Sağlam həyat tərzi üçün gecə yuxusunun keyfiyyətli olması çox vacibdir.

Rakus.az xəbər verir ki, hazırda ən aktual mövzulardan biri budur: yataqda necə uzanıb yatmaq daha yaxşıdır? Yəni necə yataq ki, səhər özümüzü tamamilə qüvvətli və enerjili hiss edək? Norveç və Danimarka alimləri 2012-2014-cü illərdə bu məsələ ilə bağlı bəzi eksperimentlər keçiriblər.

Yuxu üçün ən optimal poza

Norveç Texnologiya Universiteti, Danimarka Milli Araşdırma Mərkəzi və Cənubi Danimarka Universiteti yanında Kliniki Biomexanika Departamentinin mütəxəssisləri birlikdə araşdırma aparıblar. 20-65 yaş arası 1119 nəfər arasında eksperiment keçirilib. Alimlər bu insanların bütün parametrlərini: çəki, yaş və fiziki vəziyyətinin nəzərə alaraq, 2 il müddətində yuxu vərdişlərini izləyiblər. Nəticədə məlum olub ki, yatarkən bədənin hansı vəziyyətdə olmasının fiziki sağlamlıqla birbaşa əlaqəsi var. Belə ki, böyrü üstə yatanlar, arxası və üzü üstə yatanlara nisbətən səhər yuxudan daha enerjili oyanırlar. Bu insanlar digərlərindən daha sağlamdırlar.

Eksperiment aparılan insanların 54,1 faizi böyrü üstə, 37,5 faizi arxası üstə, 8,4 faizi isə qarnı üstə yatıb. Bu nisbət isə heç də təsadüfi deyil, haradasa qanunauyğunluqdur. Gənc yaşlarda insanlar daha çox arxası üstə yatırlar, çünki bu dövrdə əsasən onurğa sütunu formalaşır. Yaş irəlilədikcə isə orqanizmin daha çox böyrü üstə yatmağa ehtiyacı olur ki, insanlar da buna üstünlük verir. Gecələr insanlar qeyri-iradi olaraq bir neçə dəfə yatış mövqeyini dəyişirlər ki, bununla da, əzələ toxumalarının durğunluğundan, əzilməsindən qaçmış olurlar. Onu da qeyd edək ki, qadınlar kişilərə nisbətən daha çox böyrü üstə yatırlar. Bu amil xanımları daha enerjili, fiziki cəhətdən sağlam və uzunömürlü edir.

Hansı böyrü üstə yatmaq doğrudur?

“Sağlam olmaq istəyirsənsə, sol böyrü üstə yat” – alimlər belə deyir. İnsanın həzm orqanları asimmetrikdir. Sol tərəfdə yatmaqla bağırsaqların işini stimullaşdırırıq. Belə vəziyyətdə həm də mədə mədəaltı vəzdən aşağıda olur. Bu isə mədə qıcqırması, qəbizlik, bağırsaqların qıcıqlanması sindromundan xilas olmağa kömək edir.

İkinci vacib hal isə qan dövranı və limfa axını ilə bağlıdır. Sol böyrü üstə yatan şəxslərin orqanizmində qan və limfa daha tez və sürətli yayılır. Eyni zamanda beyin yaxşı qidalanır ki, buna görə də insan yuxudan gümrah oyanır. Limfanın sərbəst hərəkət etməsi orqanizmdə istifadəsiz məhsulların, toksinlərin tez bir zamanda bədəndən çıxmasına kömək edir və artıq çəki ilə mübarizə aparır. Sözügedən pozada yatmaq xorultunu da azaldır. Bu isə beynin daha çox oksigen almasına kömək edir.

Kimlərə sol böyrü üstə yatmaq məsləhət deyil?

Lakin bu məsələdə bəzi istisnalar var. Ürək çatışmazlığı və infarkt keçirən insanlara sol tərəfində yatmaq olmaz. Bu pozada ürək yüksək təzyiq altında qalır və zəifləmiş orqan daha da zərər görür.

Qalan insanların hamısına isə sol böyrü üstə yatmaq məsləhət görülür. Alimlər deyirlər ki, hamilə qadınlar və artıq çəkili insanlar ayaqlarının arasına balaca döşəkcə qoyub yatsalar, onurğa sütununa düşən yükün, təzyiqin qarşısını almış olarlar. Onu da unutmayın ki, keyfiyyətli, rahat yataq da sağlamlıq üçün vacib şərtdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO