Səhiyyə 13.10.2019 07:17

Bunları bilirsinizmi?

Yeni doğulanların suya ehtiyacı sağlamlıq baxımından böyük əhəmiyyət kəsb edir.

Rakus.az xəbər verir ki, körpələrin nə qədər su içməsi, onlara nə zaman su verməyə başlanması vacib amildir. Bu, həm də analar üçün ən çox maraq doğuran məsələdir.

Mütəxəssis rəyinə görə, yeni doğulanlara su verməyə ehtiyac yoxdur. Yeni doğulanların bütün su ehtiyacları ana südü ilə təmin olunur.

Çünki ana südünün 87 faizi sudan ibarətdir. Bu isə uşağın su ilə bağlı bütün ehtiyaclarını qarşılayır.

Bəs ana körpəsinə süd verə bilmirsə ?

Əgər ana övladına süd verə bilmirsə, başqa qidalardan istifadə olunursa belə 6 aya qədər suya ehtiyac yaranmır. Normal miqdarda su ilə hazırlanan qidalar da su, yəni maye ehtiyacını ödəyir.

Suya ehtiyac nə zaman yaranır?

Körpələrə 6 ayından başlayaraq digər qidalara da verilir deyə bu dövrdə onlara su verilməsinə başlanmalıdır. Amma bu zaman da su uşağın qidalanması üçün əsas rol oynamamalıdır. Yenə də əsas qida mənbəyi ana südü, o olmadıqda ana südünü əvəz edən qida olmalıdır. Bu dövrdə verilən su ekstra olmalı, su onların yerini almamalıdır.

Su hansı problemlər yarada bilər?

6 aydan kiçik uşaqlara su verilərsə bu, onların mədəsini doldurub, toxluq hissi yarada, vacib olan qidanı qəbul etməsinə çətinlik törədər. Hətta yayın ən isti dövründə olsa belə bunu etmək olmaz.

Bəs 6 aydan sonra uşaqlara nə qədər su verilməlidir?

Uşağın suya ehtiyacı yaşa görə dəyişir, yaş artdıqca o da artır. Qatı qidalar yeyən zaman mayeyə tələbat da çox olur. Bu zaman verilən su miqdarı uşağın kilosuna, boyuna, qəbul elədiyi ana südü, sidiyinin miqdarına, qəbiz olub-olmasına görə dəyişir.

Bu halda su yeməkdən əvvəl deyil, yemək yeyərkən ya da yeməkdən sonra udum-udum  verilməlidir.

Hər dəfə yeməkdən sonra su təklif olunmalıdır. Ələlxüsus qəbizlikdən əziyyət çəkən, qəbizliyə meylli olan uşaqlara su artırıla bilər.

Su zəhərlənmə yaradır?

Uşağa qədərindən çox su vermək sağlamlıq üçün böyük problemlərə yol açar. Nəzərə almaq lazımdır ki, həmin dövrdə böyrəklər tam inkişaf etmədiyinə görə çox su içmək “su zəhərlənməsi” deyilən hala səbəb ola bilər. Bununla da uşağın normal böyüməsi, inkişafının qarşısı alınar.

Bunda başqa, hazırlanan qidalara çox su əlavə etmək onun qida dəyərini, kalori miqdarını da azaldar. 6 aydan sonra uşaqlara “su zəhərlənməsini”ni düşünmədən su verilməlidir.

Uşaqlara suyu necə vermək lazımdır?

Suyun əmziklə verilməsi uşağın ağız və diş sağlamlığı üçün problemlərə yol açar, qeyri-sağlam qidalanmasına şərait yaradar. Ona görə də suyun stəkanda və ya butulkada verilməsi vacibdir. Su verilən qabın rəngli, üzərində fiqurların olması məsləhət görülür. Amma suyu israr etmədən vermək lazımdır.

Uşaq su içmirsə nə etməli?

Uşaqlar hər zaman su içməyə bilər. İstəmirsə, zorla vermək olmaz. Fasilələrlə su təklif etmək lazımdır. Onlar oynadıqları, iməklədikləri yerlərdə butulkada su qoymaq, su içməyi xatırlatmaq, təbliğ etmək lazımdır.

Su içməyən uşaqlara meyvəli, şirin sular vermək ən böyük yanlışlardan biri hesab olunur. Bu, uşağa həddən artıq şəkər vermək, çoxlu çəki almasına şərait yaratmaq deməkdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO