Dünya 17.10.2019 12:39

Bu gün diqqət Ankarada olacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcək.

Rakus.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət katibi Maykl Pompeo, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və digər rəsmi şəxslər daxildir. Bu, M.Pensin ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.

Ağ evin numayəndə heyəti Türkiyə rəhbərliyi ilə Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatını müzakirə etməyi planlaşdırır.

ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen isə oktyabrın 16-dan Ankarada səfərdədir. Amerikalı diplomat ötən gün Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Prezidenti Adminstarsiyasının sözçüsü İbrahim Kalınla görüşüb. Tərəflər Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını müzakirə ediblər.

Oktyabrın 17-də isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşərək müzakirələr aparacaq. Yenə də əsas müzakirə mövzusu Türkiyənin Suriyada apardığı “Barış pınarı” antiterror əməliyyatıdır.

ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada antiterror əməliyyatı apardığı üçün Türkiyəyə qarşı sanksiya layihəsini təsdiqləyib. Sənəddə Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinə aid maddə də var. Sanksiya imzalandıqdan 15 gün sonra icra ediləcək. İcraya başladıqdan 30 gün sonra ABŞ-ın dövlət katibi, müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin direktoru sanksiya tətbiq olunacaq şəxslərin siyahısını tərtib edəcəklər. Siyahının 60 gündən bir yenilənməsi nəzərdə tutulub. Sanksiya qüvvəyə mindikdən ən çoxu 120 gün ərzində dövlət katibi, Kəşfiyyat Xidməti, Maliyyə Nazirliyi birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ailə üzvlərinin var-dövlətinə, xaricdək bank hesablarına və məlum gəlirlərinə sanksiyaların tətbiqinə dair hesabatın hazırlanması tələb olunur.

Türkiyə “Barış pınarı” antiterror əməliyyatına son verdiyi halda və ya sanksiyaların tətbiqindən 3 il keçdikdən sonra bütün qadağalar aradan qaldırılacaq. ABŞ Prezidenti Donald Tramp 10 gün ərzində sanksiyanın qüvvəyə minməsi üçün sənədi ya imzalamalı, ya da veto qoymalıdır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır. (report)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO