Səhiyyə 18.10.2019 07:17

Bunları bilirsinizmi?

Əslində öpüşməyi çoxları sevir. Bəs bunun eyni zamanda zərərli olduğunu da bilirdiniz? Alimlər bildirir ki, öpüşmə yolu ilə yoluxan və immunitet sistemini zəiflədən bir çox önəmli xəstəlik mövcuddur.

Rakus.az xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmalar zamanı məlum oldu ki, öpüşərkən yoluxdurulan mikrobların 95 faizi tüpürcək və burun mukozu (selikli hissə) hesabına olur. Bu yoluxucu xəstəliklərdən hər kəsin xəbərdar olması vacibdir.

Epşteyn barr virusu

Bu “öpüşmə xəstəliyi”  tüpürcək yolu ilə keçir. Xəstəliyin heç bir yaş sərhədi yoxdur. Lakin yeniyetmələr arasında daha sıx rast gəlinir. Xəstəliyin əlamətləri: qızdırma, boğaz ağrısı və limfa düyünlərində şişkinlik. Bu əlamətləri hiss edən şəxs mütləq həkimə müraciət etməlidir. Yalnız qan analizi zamanı müəyyən edilə bilir.

Sitomeqalovirus

Sitomeqalovirus ən çox yayılan viruslardan hesab edilir. Bu virusa cinsi münasibət, qan transferi ya da vücuddakı seliklərin bir başa təması, yəni  öpüş zamanı yoluxmaq olur. Virusu yalnız qan analizi ilə təsbit etmək mümkündür. Xəstəliyin birbaşa müalicəsi yoxdur və bunun üçün də hər hansı dərman qəbul edilmir. Sadəcə, xəstənin gigiyenik vərdişlərini dəyişməsi lazım olur. Təmizliklə bu xəstəliyin qarşısını almaq mümkündür.

Diş əti iltihabı

Diş əti iltihabı birbaşa dişlərə təsir edir və ağız boşluğuna dayanmadan bakteriya axınına səbəb olur. Öpüş vasitəsilə keçir. Xəstəliyin əlamətləri: dişdə qanama, qızarma və şişkinlik. Bu əlamətləri gördüyünüz an vaxt itirmədən həkimə gedin. Diş əti iltihabı çox pis ağız iyinə və ağrılara gətirib çıxarır. Dərmanlar vasitəsilə müalicəsi var.

Streptotok mənşəli faringit

Bu xəstəlik faringitin bir növüdür, boğaz infeksiyasıdır. Bu infeksiya əsasən öpüşmə zamanı keçir. Onu da nəzərə alın ki, bu infeksiya öskürmə yolu ilə də başqasına keçə bilər. Xəstəliyin əlamətləri: baş ağrısı, qızdırma, boğazda şişkinlik, boğaz ağrısı və yanma hissi. Bu xəstəliyi yalnız boğazdan alınan yaxma ilə müəyyən etmək olur. Müalicəsi var.

Uçuq

Əksəriyyətin gündəlik həyatda rastlaşdığı uçuq əslində bir infeksiyadır. Herpes adlı virusdan qaynaqlanan bu virus öpüşmə yolu ilə keçir. Virusun əlamətləri: boğaz ağrısı, limfa düyünlərində şişkinlik və 3 gündən artıq davam edən qızdırma. Uçuq əsasən bir-iki həftə içində keçir. Həkimlə məsləhətləşərək müalicəvi krem və ya dərmandan istifadə edə bilərsiniz.

Öpüşməzdən əvvəl nələri etməli?

– Dişlərinizi düzgün bir qaydada fırçalamağa çalışın.

– Nizamlı olaraq vaxtaşırı diş ipi istifadə edin.

– İldə ən azı bir dəfə diş müayinəsinə gedin.

– Diş fırçanızı 3 ayda bir deyişdirin.

– Qarqara yolu ilə mikroblardan qorunun.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO