Səhiyyə 21.10.2019 07:17

Bunları bilirsinizmi?

Arıqlamağın müxtəlif yolları var.

Rakus.az xəbər verir ki, onlardan biri də akupunktur üsuludur. Akupunktur metal iynələr vasitəsilə insan orqanizminin bioloji aktiv nöqtələrinə təsir edilməklə aparılan müalicə metodudur. Bu metod bir çox xəstəliyin müalicəsində effektivliyinə görə dünyada qəbul olunan ənənəvi Çin təbabətinin komponentidir. Sümük, oynaq, periferik sinirlər, miqren, artroz, nevralgiya, artitonevritlər, mərkəzi sinir sistemi pozulmalarında, impotensiyanın müalicəsində, depressiya və arıqlamada akupunktur müalicə növündən istifadə olunur.

İnsan bədənində 664 nöqtə var. Bu aktiv nöqtələr dərinin digər yerlərindən yüksək səviyyəli mübadilə prosesi, daha yüksək ağrı hissiyatı, yüksək elektrik potensialı və elektrikə az müqaviməti ilə seçilir.

Xarici qulaqda 5 akupunktur nöqtəsi var. Bunlar stress azaltma, aclıq (iştaha nəzarət), endokrin (qaraciyər və metabolizm), dalaq (həzm) və mədə nöqtələridir. Arıqlamaq məqsədilə edilən akupunktur qulaqdakı aclıq nöqtəsinə tətbiq olunur. İynə xarici qulaqda 2 mm dərinliyə batırılır. Bir həftə sonra iynə dəyişdirilərək proses təkrarlanır. Seanslar 8 həftəyə qədər davam edə bilər. Akupunktur müalicəsi ilə 8 həftədə təxminən 8-10 kilo arıqlamaq mümkündür. İstənilən çəkini alana qədər müəyyən fasilələrlə seanslar davam etdirilə bilər. Çəkini qorumaq üçün isə ildə 2-3 dəfə müayinədən keçmək məsləhət görülür.

Faydaları:

Qulaq akupunkturu arıqlamaq üçün ən effektli üsullardan biridir. Piylənmədən əziyyət çəkən xəstələrə xüsusilə tövsiyə olunur.

– Bu, metabolik funksiyaları tənzimləyir.

– İştahanı azaltmağa kömək edir. Gün ərzində yemək istəyi azalır.

– Akupunktur mədədə turşuluq səviyyəsini tarazlaşdırmağa kömək edir. Bu da mədədə yanma və qıcqırmanı azaldır.

– Akupunktur pəhrizdən qaynaqlanan halsızlıq və yorğunluğu azaldır, enerji səviyyəsini artırır.

– Akupunktur müalicəsi maddələr mübadiləsini sürətləndirmək üçün ən təsirli üsullardan biridir. Bu da öz növbəsində sürətli arıqlamağa gətirib çıxarır.

– Akupunktur serotonin və endorfin hormonlarının səviyyəsini artırır ki, bu da insanda xoşbəxtlik hissi yaradır.

Ancaq müalicə müddətində və sonra qidalanmaya diqqət etmək lazımdır. Xüsusilə yaşıl tərəvəzlər və meyvələrlə zəngin pəhriz proqramı tətbiq olunmalıdır. Brokoli, kahı və ispanaq kimi tərəvəzlər mütəmadi yeyilməlidir. Omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıqlar da həftədə 3 dəfə qəbul edilməlidir. Bunlarla yanaşı, yağ yandırılmasını sürətləndirən müntəzəm məşqlər də həyata keçirilə bilər. Həftədə 4 gün piyada gəzinti,  qaçış, velosiped kimi kardio məşqlər tövsiyə olunur. Bunlara əməl olunsa, itirilən çəkinin bərpasının qarşısı alınar.

Bəs akupunktur yolu ilə arıqlama metodunun hansı ziyanlı tərəfləri var?

Uzman fizioterapevt Sənan Cəfərov deyir ki, düzgün şəkildə və peşəkar tərəfindən tətbiq edildikdə akupunktur müsbət nəticə verə bilər: “Lakin indi əksər gözəllik salonunda da bu üsulu tətbiq edirlər. Halbuki bunu sırf o sahə üzrə ixtisaslaşmış mütəxəssis etməlidir. Çünki qulaqda bir-birinə çox yaxın nöqtələr var. Əgər iynə lazımı nöqtəyə düzgün düşməsə, başqa orqanları qıcıqlandıra bilər”.

Dietoloq Leyla Zülfüqarlı isə akupunktur üsulu ilə arıqlamağı düzgün hesab etmir: “Sağlam rasional qidalanma elminə görə arıqlama yalnız qida ilə olmalıdır. Kommersiya, biznes maraqlarına görə müxtəlif üsullara əl atırlar – arıqlama dərmanları, xüsusi çaylar, hansısa alətlər və s. Akupunktur da bunlardan biridir. Arıqlamaq üçün ilk növbədə bədəndəki yağ toxumaları parçalanmalıdır. Akupunkturda isə əsas məqsəd iştahanı kəsməkdir. İnsanın iştahasıyla oynamaq sağlamlıq baxımından düzgün deyil. Aclıq mərkəziylə bu cür oynamaq olmaz. Qidayla kökəldiyimiz kimi, qidayla da arıqlamalıyıq. Bu, dietologiya elminin müddəalarında da əksini tapıb. İnsan artıq çəkisindən qurtulmaq istəyirsə, bunu yeyərək etməlidir. Sadəcə, nəyi necə yemək qaydasını bilməlidir. Akupunkturun əsasında isə yeməkdən imtina dayanır. Bu da kökündən yanlış yanaşmadır. Bundan başqa, qidalanmanın ən vacib funksiyası orqanizmi müdafiə etməkdir. Akupunkturun tətbiqi ilə orqanizmin müdafiə resursları fəaliyyətini itirə bilər. Bu isə çox təhlükəlidir”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO