Bunları bilirsinizmi?
Mikrobioloqlar hüceyrələrin keyfiyyətinin nəslin sağlamlığına necə təsir etdiyini müəyyən etmək üçün bir sıra laborator testlər keçiriblər.
Rakus.az xəbər verir ki, həkimlər insanlarda spermatazoid qametlərinin fərqli hərəkətli olduğunu bildirirlər. Kişi bədənində cinsi hüceyrələr davamlı olaraq istehsal edilir, qadınlar isə, sadəcə, müəyyən miqdarda yumurta hüceyrələri ilə doğulurlar.
Sperma keyfiyyətinin gələcək nəsillərin sağlamlığına təsirinin öyrənilməsi məqsədilə akvarium balıqları üzərində araşdırma aparılıb. Mikrobioloqlar balıqların cinsi hüceyrələrini təhlil ediblər. Elm adamları spermatozoidləri “gənc” və “yaşlı” qisminə bölərək, yumurtalarını dölləndiriblər.
Tədqiqatçılar yeni yaranan nəsli iki il müşahidə ediblər. Və yaşlı hüceyrələrdən doğulan balıqların “gənc” spermatazoiddən yarananlardan daha yaxşı fiziki xüsusiyyətləri ilə fərqləndiyini təyin ediblər.
Mütəxəssislər nəticələri ümumiləşdirərək, güclü nəsil üçün yaşlı hüceyrələrin seçilməsinin əhəmiyyətini təsdiqləyirlər.