Çində Çinmin festivalı keçirilir - FOTO
Çində əcdadların, habelə ölmüş yaxınların anımı ilə bağlı olan Çinmin festivalı keçirilir.
Rakus.az xəbər verir ki, çinlilər üçün xüsusi məna daşıyan Çinmin yazda gündüzlə gecənin bərabərləşdiyi gündən 15 gün sonra təmtəraqla qeyd olunur. Çinlilər festival günlərində əcdadlarının və yaxınlarının qəbirlərini ziyarət edərək səliqəyə salırlar. Mərasimlər dua oxunması və dini musiqi ilə müşayiət olunur.
Festivalın əsas hadisəsi isə dünyadakı bütün çinlilərin öz əcdadı hesab etdikləri Xuan-dinin (“Sarı imperator”) Yanan şəhərindəki mavzoleyinin ziyarət olunmasıdır. Mərasimə hər il Çinin müxtəlif bölgələrindən, habelə xarici ölkələrdən on minlərlə çinli, eləcə də turist gəlir. “Sarı imperator” əfsanəvi Çin mifoloji personajı, daosizm və bütün çinlilərin əcdadı hesab olunur.