YENİLƏNDİ: Saray qəsəbəsində avtomobil qadını vuraraq öldürdü
Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.
Rakus.az xəbər verir ki, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda Fazil Nəhmətov idarə etdiyi “Volkswagen” markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 30-35 yaşlarında olan qadını vurub. Piyada hadisə yerində ölüb.
Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.
F.Nəhmədov faktı təsdiqləyib.
09:45
Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb.
Rakus.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.
Belə ki, təxminən, 40 yaşlı Saray qəsəbə sakini Esmira adlı xanımı (soyadı dəqiqləşdirilir – red) “Volkswagen” markalı, “99-NM-092” dövlət nömrə nişanlı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.