Səhiyyə 08.11.2019 11:48

İntiharla bağlı rəsmi məlumat yayıldı

Respublika Diaqnostika Mərkəzi xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə ataraq intihar edən şəxslə bağlı rəsmi məlumat yayıb.

Rakus.az xəbər verir ki, Mərkəzdən bildirilib ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir:

“Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib.

Xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olub. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı”.

“Dünya statistikasına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, Gülməmmədov İlkin noyabrın 7-də isə müalicə olunduğu Respublika Diaqnostika Mərkəzində 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO