Dünya 06.04.2019 18:50

Misir-Rusiya danışıqları başa çatdı

Qahirədə Misirin və Rusiyanın xarici işlər nazirləri Sameh Şükrü və Sergey Lavrov arasında danışıqlar olub.

Rakus.az xəbər verir ki, nazirlərin görüşündə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı, Yaxın Şərq regionunda vəziyyətin sabitləşməsi istiqamətində Moskva ilə Qahirə arasında əlaqələndirmə məsələləri müzakirə olunub. Bununla yanaşı, Fələstin problemi, Liviya, Suriya və Yəmən də daxil olmaqla regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Sameh Şükrü Liviyada bütün münaqişə tərəflərini təmkinli olmağa, hərbi ssenarilərdən qaçmağa və ölkədə vəziyyətin normallaşması istiqamətində BMT-nin beynəlxalq elçisinin səylərinə müsbət yanaşmağa çağırıb. O, həmçinin Liviyadakı ordu strukturlarını və bütün institutları birliyə səsləyib. Misirli nazirin sözlərin görə, Liviyada münaqişə silahlı yolla deyil, siyasi dialoq vasitəsilə nizama salınmalıdır. S.Şükrü Qahirənin bu ölkədə sabitliyin bərqərar olması üçün müvafiq beynəlxalq səyləri dəstəklədiyini təsdiq edib.

Sergey Lavrov qeyd edib ki, Rusiya və Misir regiondakı münaqişələrin siyasi, diplomatik və sülh yolu ilə, habelə kənardan heç bir müdaxilə olmadan beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdırlar. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, tərəflər bütün aktual məsələlər üzrə əlaqələndirməni davam etdirəcəklər. S.Lavrov əlavə edib ki, görüşdə terrorçuluqla mübarizə, Suriya, Liviya və Yəmən kimi regiondakı gərginlik ocaqları ətrafında fikir mübadiləsi aparılıb.

Liviyadakı böhrana toxunan rusiyalı nazir Moskvanın bu ölkədəki bütün siyasi qüvvələri dəstəklədiyini vurğulayıb və qeyd edib ki, onlar kənardan müdaxilə olmadan öz aralarında razılığa gəlməlidir.

Xatırladaq ki, bundan əvvəl Sergey Lavrovu Misir Prezidenti Əbdülfəttah əs-Sisi də qəbul edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO