Dünya 08.04.2019 00:25

Ukraynada ikinci tura start verildi

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı aprelin 8-dən namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanıla bilər.

Rakus.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk məlumat verib.

Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən aprelin 8-dən namizədlərin seçki kampaniyasına başlanılacaq. Seçki qanunvericiliyinin tələbələrinə uyğun olaraq, seçki öncəsi kampaniyanın bütün növlərindən istifadə etmək olar.

Ümumiyyətlə, bu gün Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin birinci turu ilə bağlı səsverməyə dair rəsmi nəticələri açıqlayıb. Rəsmi nəticəyə əsasən, prezidentliyə namizədlər Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayıb.

Martın 31-də 39 namizədin iştirak etdiyi prezident seçkilərində seçici fəallığı 63,48 faiz olub. Namizədlərdən heç biri 50 faiz səs toplamadığı üçün aprelin 21-də prezident seçkilərinin ikinci turu keçiriləcək. Hər iki namizəd Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın keçirilməsinə razılıq verib. Debatın keçirilmə vaxtı barədə hələlik qərar qəbul olunmayıb.

Bu arada Ukrayna Prezident Petro Poroşenko prezidentliyə digər namizəd Vladimir Zelenski ilə debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyir.

Bunu P.Poroşenko “Ukrayna” telekanalına canlı müsahibəsində bəyan edib: “Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00 başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO