Dünya 23.11.2019 23:39

“Hizbullah”dan ABŞ-a sərt ittiham – Livan yeni gərginlik astanasında – TƏHLİL - FOTO

“Hizbullah” ABŞ-ı Livanın yeni hökumətinin qurulmasına müdaxilə etməkdə günahlandırıb.

Rakus.az xəbər verir ki, bu, ABŞ-ın Livanın siyasi və iqtisadi böhranına müdaxiləsi barədəki ən kəskin ittihamdır.

“Hizbiullah” liderinin müavini Şeyx Nəim Qasim “Reuters”ə Livanın 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhran yaşadığını və ölkədə yeni bir münaqişəyə işarə olmadığını bildirib və deyib ki, “Hizbullah” heç bir münaqişəyə sürüklənməyəcək.

O, həmçinin bəyan edib ki, ölkənin bank sistemindəki iqtisadi böhran Livandakı hər kəsə olduğu kimi şiə qrupunun davamçılarına da eyni təsiri göstərib. Hizbullah korrupsioner məmurların məhkəmə qafrşısına çıxarılması fikrini dəstəkləyib.

İqtisadi böhranla mübarizə aparan Livanda vəziyyət keçən ay ölkəyə hökmdarlıq edən korrupsioner siyasətçilərə və hakim elitaya qarşı etirazların başlamasından bəri daha da ağırlaşıb.

Ölkədə ABŞ dollarının qıtlığı yaranıb, Livan funtu zəifləyib və bank sistemindəki böhran bankların əmanətçilərinə nəzarət tətbiq etməsinə səbəb olub.

Etirazlar Saad Əl-Həririni baş nazir vəzifəsindən istefasına və güclü silahllanmış Hizbullahın da daxil olduğu koalisiya hökumətinin devrilməsinə səbəb olub.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb. Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

İki gün əvvəl Livan Prezidenti Mişel Aun “Tvitter” səhifəsində ABŞ Prezidenti Donald Trampın Livan xalqının ehtiyaclarına cavab verən yeni hökuməti ilə işləməyə hazır olduğunu yazıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Həririnin istefasından sonra Livan liderlərini islahatlar apara və mübarizə edə bilən yeni bir hökumət qurmağa çağırıb.

Saad Əl-Həriri oktyabrın 29-da koalisiya hökumətini buraxaraq, Livanın baş naziri vəzifəsindən istefa verib. O, hakim elitaya qarşı böyük etirazlar nəticəsində baş verən böhranı həll etməyə çalışarkən hökumətin heç nə edə bilmədiyini deyib.

Qərb və körfəzin sünni ərəb müttəfiqləri tərəfindən dəstəklənən Həririnin gedişi ilə Livan siyasi böhranla üzləşib. Etirazlar Livanın iqtisadi problemlərini daha da artırıb.

Livanda korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhrana sürükləməkdə ittiham olunan siyasi elitaya qarşı etirazlar günlərlə davam edib.

Ölkədə banklar, məktəblər və bir çox bizneslər bağlanmış, ordu və iğtişaş polisi Livan boyu küçələrə yerləşdirilmişdi.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO