YENİLƏNDİ : Etibarsız səslərin 92,3 faizi sayıldı – İmamoğlu öndədir
CHP-nin əyalət təşkilatının sədri Canan Kaftancıoğlu Əkrəm İmamoğlu və rəqibi Binali Yıldırım arasındakı səs fərqini açıqlayıb.
Rakus.az xəbər verir ki, Çağlayan Ədliyyəsi qarşısında Kaftancıoğlu, “Qutuların 92,3 faizi açıldı, aradakı fərq 15 min 494” xəbəri ilə çıxış edib.
— CHP İstanbul (@CHP_istanbulil) April 8, 2019
09:45
İstanbulda 31 min 186 seçki məntəqəsinin 90 faizində etibarsız səslərin yenidən sayılması prosesi başa çatıb.
Rakus.az xəbər verir ki, Yüksək Seçim Qurumunun (YSQ) son məlumatına görə, aprelin 7-i saat 23.30-a olan vəziyyətə görə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu 15 min 823 səslə öndədir.
CHP-nin İstanbuldan olan deputatı Özgür Karabatın YSK-yə əsaslanaraq açıqladığı son məlumata görə:
Əkrəm İmamoğlu: 4.171.216
Binali Yıldırım: 4.155.393
Aradakı fərq: 15.823