Elm və təhsil 26.11.2019 13:44

BDU ölkənin ictimai siyasi və elmi mədəni həyatında fəal iştirak edir – Rektor

Bu gün Bakı Dövlət Universitetinin 100 illik yubiley ilə bağlı tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə Prezident İlham Əliyev iştirak edib və geniş nitqlə çıxış edib.

Universitetin fəaliyyəti haqqında məlumat verən BDU-nun rektoru Elçin Babayev söyləyib ki, bu gün dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin məzunu olduğu, Azərbaycanın milli iftixarı adlandırdığı BDU-nun 100 illik yubileyini qeyd edilir.

1919-cu ildə BDU-nun Müsəlman Şərqinin ilk ali təhsil müəssisəsi kimi təsis edildiyini deyən rektor bildirib ki, BDU-nun bir əsrlik tarixi xalqımızın ən zəngin tarixi səhifələrindəndir: “Bu illər ərzində BDU-nun 7 dəfə yubiley tədbiri təşkil olunub. Onlardan 4-ü Ulu Öndər Heydər Əliyevin sərəncamları əsasında və Onun şəxsi iştirakı ilə keçirilib”.

E. Babayev çıxışı zamanı BDU-nun 90 illik yubileyinin Prezident İlham Əliyevin sərəncamı ilə keçirildiyini xatırladıb, 100 illiklə bağlı verilən sərəncamın BDU üçün ən böyük hədiyyələrdən biri olduğunu dilə gətirib: “Yubileylə bağlı sərəncamınızda qeyd olunanlara, bugünkü çıxışınızda səsləndirdiyini fikirlərə, əməkdaşlarımızı təltif etdiyinizə görə sizə təşəkkür edirəm. Tarixi xidmətləriniz sayəsində ölkəmiz analoqu olmayan səviyyədə inkişaf edir. Bir sıra beynəlxalq reytinqlərdə ölkəmiz layiqli yer tutur. Bu gün sizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elmin, təhsilin inkişafı istiqamətində atılan addımlar atılır”.

Rektor qeyd edib ki, BDU fəaliyyət göstərdiyi dövr ərzində 200 mindən çox kadr hazırlayıb, bu missiyanı bu gün də davam etdirir: “BDU 1970-ci ildən özünün intibah dövrünə başlayır. Bu gün 16 fakültə, 121 kafedra, 2 elmi tədqiqat institutu, 3 elmi tədqiqat mərkəzi, 30-dan çox elmi tədqiqat tədris laboratoriyası, Gənc İstedadlar liseyi, BDU-nun Qazax filialı fəaliyyət göstərir. Hazırda ali məktəbdə təhsilin bütün səviyyəsində 24 mindən çox tələbə təhsil alır. 3000 mindən çox əməkdaş, 1500 nəfərə yaxın professor müəllim heyəti, elmi işçi çalışır. 2019-2023- cü illər üçün dövlət proqramına uyğun olaraq BDU magistratura və doktorantura səviyyələrində dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramları həyata keçirir, 60-dan çox ölkənin 200-dən çox elm tədris mərkəzləri ilə əməkdaşlıq əlaqələr qurulur. Bu gün BDU ölkənin ictimai siyasi və elmi mədəni həyatında kifayət qədər fəal iştirak edir. Ulu Öndərin misilsiz xidmətləri sayəsində artıq əbədi müstəqillik əldə etmiş respublikamız dövlətçiliyin daha da möhkəmləndirməsi, milli şüur və düşüncə tərzinin formalaşmasına dəyərli və sanballı töhfələr verir. BDU-nun məzunları yüksək vəzifələrdə, mühüm strukturlarda fəaliyyət göstərir. Biz onlarla fəxr edirik. Ulu öndər ali məktəbin 80 illiyi ilə bağlı göndərdiyi təbrik məktubunda BDU-nun əsasını qoyanlara, onun əsasına təkan verənlərə dərin hörmət və ehtiramını bildirmişdi”.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO