Elm və təhsil 16.12.2019 21:00

“Azəri-Çıraq-Günəşli – 25” kitabı təqdim olundu - FOTO

BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindəki tərəfdaşları dekabrın 16-da Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçirib.

Rakus.az xəbər verir ki, kitab 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə dərc edilib və AÇG səhmdarlarının Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.

Kitabın təqdimat mərasimində çıxış edən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azəri-Çıraq-Günəşli” layihəsinin əhəmiyyətindən və onun Azərbaycanın iqtisadi inkişafındakı rolundan söz açıb. Qeyd edib ki, 25 il əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanan müqavilə sonradan “Əsrin müqaviləsi” adını alıb. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub.

B.Aslanbəyli diqqətə çatdırıb ki, bu vaxtadək AÇG yataqlar blokundan 3,6 milyard barrel neft hasil olunub. “Azəri-Çıraq-Günəşli” blokunda ilk neftin çıxarıldığı gündən ötən müddətdə həyata keçirilən kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Belə ki, son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artaraq iqtisadiyyatın bütün sahələrində böyük canlanmaya səbəb olub, yeni iş yerləri yaradılıb, respublikaya investisiya axını güclənib.

BP-nin rəsmisi kitabla bağlı fikirlərini də bölüşüb. Qeyd edib ki, jurnalist İlham Şabanın müəllifi olduğu “Azəri-Çıraq-Günəşli – 25” kitabı AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi olacaq: “Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və xaricdə dərc edilib, neft sənayesi ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb. 1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər ölkəmiz, Azərbaycan xalqı və regiondakı digər dövlətlər, BP və AÇG müqaviləsindəki digər tərəfdaş şirkətlər üçün, layihədə işləmiş və işləməyə davam edən minlərlə yerli əməkdaş, eləcə də layihəyə cəlb edilmiş yüzlərlə Azərbaycan şirkəti üçün müstəsna əhəmiyyət kəsb edib. Bu nəşri dəstəkləməklə biz – BP və AÇG-dəki tərəfdaşlarımız həmin müqavilənin bizim həyatımızda və bütün ölkənin inkişafına gətirib çıxarmış hər bir sahədə oynadığı mühüm rolu bir daha vurğulamaq istəmişik”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycana verdiyi töhfələrdən danışıb. Vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişafı “Əsrin müqaviləsi”nin imzalanmasından başlayıb. Həmin dövrdən etibarən Bakıda, o cümlədən respublikanın bütün regionlarında böyük dəyişikliklər baş verib, şəhər və kəndlərimiz gözəlləşib, işsizlik minimuma endirilib.

O, kitabın Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətini xüsusi qeyd edib.

Məlumat verilib ki, kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim olunacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO