Dünya 18.12.2019 23:39

Dünyanın böyük problemi – qaçqınların sayı 70 milyonu keçdi – TƏHLİL - FOTO - VİDEO

İsveçrənin Cenevrə şəhərində dünyanın qaçqın böhranının həlli ilə bağlı üçgünlük sammitə start verilib.

Rakus.az xəbər verir ki, minlərlə nümayəndə heyəti, o cümlədən 100 ölkədən nazirlər Birləşmiş Millətlər Təşkilatının Qlobal Qaçqın Forumunda iştirak edir. Onlar münaqişələr səbəbilə evlərindən didərgin düşən on milyonlarla qaçqına yardım etməyin yollarını müzakirə edirlər.

Avropanın qaçqın böhranı artıq əvvəlki qədər müzakirə olunmasa da, minlərlə miqrant hələ də daha yaxşı həyat axtarışında Avropa sahillərinə gəlməyə davam edir.

Avropa İttifaqının sərhəd ölkələrində, məsələn Bosniyada müvəqqəti düşərgələrin sayı artmaqdadır. Bu düşərgələr Avropanın sərhədlərini gücləndirməyə davam etdiyi bir vaxt insanların Qərbdə yeni həyat qurmaq xəyallarının qırıldığını əks etdirir.

“İnsanlar heyvan deyil. Dünya görəcək. İnsanlar soyuqda qalır, yatmır, yemək yoxdur, bu böyük problemdir,” – əfqan miqrant Maluddin deyir.

BMT təxmin edir ki, dünya boyu 70.8 milyon insan məcburi şəkildə evlərindən didərgin düşüb.

BMT bildirir ki, bir çox ölkələr, xüsusilə zəngin ölkələr onlara yardım etmək üçün kifayət qədər tədbir görmür. Cenevrədə Qlobal Qaçqın Forumunun məqsədi bərabərsizliyin qarşısını almaqdır.

“Əsas məqsəd bu qədər insanın, dünya boyu insan axınının yükü və öhdəliklərini bölüşməkdir,” – BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Cillian Triqqs bildirir.

Əvvəllər də buna bənzər çağırışlar olub. 2015-ci ildə üç yaşlı suriyalı qaçqın Alan Kurdinin batması bütün dünyada tədbirlərin görülməsinə dair çağırışlara səbəb olsa da, bu çağırışların nəticələri çox az olub.

Venesuelalı qaçqınlar
Venesuelalı qaçqınlar

Türkiyə üç milyon yarımdan çox qaçqına ev sahibliyi edir. Onların əksəriyyəti Suriyadakı müharibədən qaçıb. Prezident Rəcəb Tayyib Ərdoğan da Cenevrədə iştirak edənlər arasındadır.

Türkiyə dəfələrlə Avropanın miqrant siyasətini pisləyib. 2016-cı ildə əldə olunan razılığa əsasən, Ankara 6.7 milyard dollar dəyərində yardım müqabilində miqrantların Yunanıstana keçməsinin qarşısını alıb. On minlərlə miqant hələ də Yunan adalarında ilişib qalıb.

Qaçqın böhranı təkcə Avropa ilə məhdudlaşmır. Banqladeşdə çadırlarda hərbi hücum nəticəsində Myanmadan qaçan 750 minə yaxın Rohinca qaçqını yaşayır.

Dünyadakı qaçqın əhalisinin dörddə biri Səhraaltı Afrikada yaşayır. Mərkəzi Afrika Respublikası, Nigeriya, Cənubi Sudan, Burundi və Yəməndə münaqişələr nəticəsində 18 milyon insan evlərindən digərgin düşüb.

Venesuelada da siyasi böhran humanitar fəlakətə çevrilib. Nəticədə dörd milyon insan ölkədən qaçıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 3.5 milyon məbləğində maliyyə çatışmazlığının olduğunu bildirir. Qurum ümid edir ki, Cenevrə sammiti dönüş nöqtəsi olacaq.

“Hazırda həm hökümətlər, həm də kredit verən bank qurumları tərəfindən maliyyə öhdəliklərinin olacağına dair çox nikbin işarələr var. Amma bundan əlavə vətəndaş cəmiyyəti və biznes icmasından da öhdəliklər alacağıq,” Triqqs bildirir.

Bohranın miqyası və insanları evlərindən qaçmağa vadar edən saysız-hesabsız səbəbləri nəzərə aldıqda, Triqqsin sölyədikləri çox nikbin səslənir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO