Dünya 19.12.2019 23:39

Demokratların impiçment qərarı – Trampın etirazı – TƏHLİL - FOTO

Prezident Donald Tramp qəzəblə Nümayəndələr Palatasının ona qarşı irəli sürdüyü impiçment maddələrinə etiraz edir.

Rakus.az xəbər verir ki, D.Tramp onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan demokratları “ədaləti təhrif etməkdə və səlahiyyətlərini aşmaqda” günahlandırıb.

Spiker Nensi Pelosiyə ünvanladığı odlu-alovlu məktubda Tramp siyasi rəqibıərinə qarşı xarici təhqiqatlara başlatmaq ittihamını rədd edib. Onun sözlərinə görə Demokratlar diqqəti problemlərə yox, onun imiçmentinə diqqət yönəldirlər.

Tramp yazıb ki, “Salem cadugar məhkəmələrindəki hüquqi proses” ona qarşı olan mühakimədən daha ədalətli olub.

ABŞ prezidenti məktubun heç nəyi dəyişməyəcəyinə əmin olduğunu bildirsə də, “tarixi məqsəd naminə” öz etirazını diqqətə çatdırmaq istəyini aydın edib.

Nümayəndələr Palatasının Demokrat Spikeri Nensi Pelosi
Nümayəndələr Palatasının Demokrat Spikeri Nensi Pelosi

Bu arada Kapitolidə Demokratlar və Respublikaçılar çərşənbə günü Trampın impiçmenti ilə bağlı baş tuta biləcək tarixi səsvermənin parametrləri üzərində qızğın debatlar aparıb. Əgər impiç olunarsa, Donald Tramp Amerika tarixində üçüncü impiç edilmiş prezident olacaq.

“Təəssüfləndiricidir ki, biz bu gün burada olmalıyıq, lakin Birləşmiş Ştatlar prezidentinin hərəkətləri bunu labüd edib. Dəlil aydın olduğu qədər də boldur,” – Qaydalar Komitəsinin sədri Demokrat konqresmen Cim MkQovern bildirib.

Onun sözlərinə görə, hər gün ki, Amerika “Prezident Trampa imkan verir ki, özünü qanunun ona şamil edilmədiyi kimi aparsın, biz az da” ölkə diktatura idarə üsuluna yaxınlaşmış olur.

Respublikaçılar isə bu mövqe ilə qətiyyən razılaşmırlar.

Nümayəndələr Palatasının Qaydalar Komitəsində impiçmentin parametrləri ilə bağlı qızğın debat gedib.
Nümayəndələr Palatasının Qaydalar Komitəsində impiçmentin parametrləri ilə bağlı qızğın debat gedib.

Komitənin yüksək ranqlı Respublikaçı üzvü Tom Koul hesab edir ki, amerikalılar arasında impiçmentlə bağlı fikir ayrılığı diktə edir ki, belə bir əlahiddə addım atılmamalıdır.

“Əgər amerikalıların yarısı sənə deyirsə ki, yanlışsan, onda qulaq asmalısan”,- o deyib.

Nümayəndələr Palatasının Demokratları çərşənbə günü debata başlayacaqlar. Onlar rəsmən Trampı prezident olaraq səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin ona qarşı təhqiqatını əngəlləməkdə günahlandırırlar. İmpiçment sorğusunun mərkəzində Prezident Trampın Ukrayna rəhbərliyinə siyasi rəqibi və sabiq vitse-prezident Co Baydenlə bağlı korrupsiya təhqiqatına başlatmaq yönümündə təzyiq göstərmək haqda ittihamlar dayanır.

Debatların ardınca impiçment Demokratların çoxluq təşkil etidkləri Nümayəndələr Paltasında tam səsverməyə qoyulub. Dekabrın 18-də ABŞ İcmalar Palatasının üzvləri Prezident Donald Trampa vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olma ittihamları üzrə impiçment elan edib. İcmalar palatasında səsvermədən öncə keçirilən debatlar 6 saata yaxın davam edib. Bundan sonra 2020-ci ilin əvvəlində ABŞ Senatı Donald Trampın vəzifədən uzaqlaşdırılmasının lazım olub-olmaması barədə qərar qəbul etməlidir.

Senatorların hakim, Nümayəndələr palatasının üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi dinləmələrin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi kifayət edəcək. Hazırda ABŞ senatında çoxluğun respublikaçıların əlində olmasını nəzərə alsaq, çox güman ki, impiçment prosesi bu etapda bloklanacaq.

Rusiya lideri Vladimir Putin isə ABŞ Senatının Amerika Prezidenti Donald Trampın impiçmenti barədə qərarı dəstəkləyəcəyinə şübhə ilə yanaşır.

Onun fikrincə, ABŞ-da baş verənlər daxili siyasi mübarizənin davamıdır. “Seçkiləri uduzan Demokratik partiya digər üsullarla, Donald Trampı Rusiya ilə əlbir olmaqda ittiham edərək nəticəyə nail olmaq istəyir. Sonra da məlum olur ki, heç bir əlbirlik yoxdur”, – Vladimir Putin jurnalistin Donald Trampın mümkün impiçmenti barədə sualına cavab verərkən bildirib.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO