Dünya 19.12.2019 19:12

Rusiya Prezidentinin illik mətbuat konfransı başa çatdı

Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da növbəti illik mətbuat konfransını keçirib.

Rakus.az xəbər verir ki, Rusiya dövlətinin başçısının 15-ci illik mətbuat konfransı 4 saat 18 dəqiqə davam edib. Bu vaxt ərzində Rusiya Prezidentinə 70 sual ünvanlanıb. Suallar, əsasən, ölkədə səhiyyə, təhsil, sosial, iqtisadi, humanitar məsələlərlə bağlı olub. V.Putin, həmçinin xarici jurnalistlərinin Rusiya ilə ABŞ, Ukrayna, Belarus, Yaponiya, Çin, Böyük Britaniya və digər ölkələrlə münasibətlərinə dair suallara cavab verib.

Rusiya Prezidenti tarixi faktlara toxunub, Oktyabr inqilabı, Böyük Vətən Müharibəsi dövründə cərəyan etmiş hadisələrə öz qiymətini verib.

Türkiyənin “Anadolu” agentliyinin müxbiri Cura Əlinin xarici mətbuatda Rusiyanın Liviyada özəl hərbi şirkətlərinin olması bərədə sualına cavabında V.Putin bildirib ki, Rusiya bu ölkədə hərbi əməliyyatların dayandırılmasına, səlahiyyətlərin bölünməsi barədə razılığa gəlinməsinə tərəfdardır. Rusiya bu barədə Avropadakı tərəfdaşları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər həmkarları ilə danışıqlar aparacaq.

Dövlət başçısı Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya qəhrəmanı adına tam layiq olduğunu vurğulayıb. O deyib ki, R.Kadırovun atası, Axmat Kadırov Rusiya ilə əlaqələr quran şəxsiyyət olub və terrorçular tərəfindən qətlə yetirilib. Ramzan Kadırov isə indiyə kimi həyatını təhlükəyə ataraq döyüş əməliyyatlarında iştirak edir.

Xatırladaq ki, bu il Rusiya lideri ilə görüş üçün yenidən rekord sayda 1895 mətbuat nümayəndəsi qeydiyyatdan keçib. Ötən il bu rəqəm 1702 idi. İlk mətbuat konfransına 2001-ci ildə 500-dən bir qədər artıq jurnalist gəlmişdi.

Mətbuat konfransı “Rossiya 1”, “Rossiya 24”, “Rusiya İctimai Televiziyası” və “Birinci kanal” telekanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO