Dünya 22.12.2019 23:39

Putinin Tramp dəstəyi – Qərb liderlərinin Rusiya planı – TƏHLİL - FOTO

Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da dörd saat davam edən yekun mətbuat konfransı zamanı Vaşinqtonda aparılan impiçment prosesində ABŞ Prezidenti Donald Trampa dəstəyini ifadə etdi.

Rakus.az xəbər verir ki, amerikalı Demokratları Trampı impiç etmək üçün “uydurma səbəblər” irəli sürməkdə ittiham edən Rusiya lideri onların 2016-ci il prezident seçkisində məğlub olduqlarna görə qəzəbli olduqlarını söyləyib.

“İmpiçment daxili siyasi çəkişmənin davamıdır”, – Putin deyib.

Putin əlavə edib ki, Respublikaçıların nəzarət etdiyi Senatın Trampı vəzifəsindən azad etmək ehtimalı çox aşağıdır. O, ABŞ prezidentinə qarşı irəli sürülən əsas impiçment maddəsini, yəni Trampın Ukrayna prezidentinə onun siyasi rəqibi sabiq vitse-prezidnet Co Byadenlə bağlı təhqiqat aparması üçün təzyiq göstərdiyinə dair ittihamı tənqid edib.

Vladimir Putin və Donald Tramp
Vladimir Putin və Donald Tramp

Seçkidə məğlub olan Demokratlar Partiyası başqa yollarla nəticə əldə etməyə çalşırlar. Onlar ilk olaraq Trampı Rusiya ilə əməkdaşlıq etməkdə ittiham etdilər, amma daha sonra belə bir şeyin olmadığı ortaya çıxdı. Bu impiçment üçün əsas ola bilməz. “İndi isə onlar Ukraynaya təzyiq məsələsini uydurub”, -Putin deyib.

Moskvada fəaliyyət göstərən diplomatlar deyir ki, Putinin amerikalı həmkarını müdafiə etməsi Birləşmiş Ştatların daxili siyasətini daha da qarışdırmaq məqsədi daşıyır.

“O çox yaxşı bilir ki, onun şərhləri, Demokratları lağa qoymağı ABŞ-ın siyasi yaralarına duz səpir”,- Qərbli diplomat Amerikanın Səsinə bildirib. Kremlin yeganə xarici siyasət məqsədi Qərbdə siyasi bölgülərə təkan verməkdir.

Ancaq Putinin Trampı tərifləməsi və ABŞ liderinin tez-tez rusiyalı həmkarı ilə bağlı müsbət şeylər söyləməsi Soyuq Müharibə bitəndən bəri ən aşağı səviyyədə olan ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasına yardım etməyib.

İki liderin Avropa və NATO ilə bağlı düşüncələrinin üst-üstə düşməsinə və ya Trampın bu yaxınlarda Rusiyanın yenidən Böyük Yeddilik ölkələri arasında daxil edilməsini təklif etməsinə baxmayaraq çox az sayda təhlilçi və diplomat münasibətlərin gələn il düzələcəyini düşünür.

Həm Kreml həm Ağ Ev dəfələrlə münasibətləri yaxşılaşdırmaq istədiklərini ifadə edib. Ən son dəfə bunu ABŞ dövlət

O qeyd edib ki, ABŞ və Rusiyanın hüquq-mühafizə orqanları demək olar “hər gün” terror və narkotik maddələrə qarşı mübarizə sahəsində əməkdaşlıq edirlər. Onun sözlərinə görə, Moskva və Vaşinqton Suriya və Əfqanıstandakı münaqişələrin hərbi həllinin olmadığı üzərində razılaşır, amma bu münaqişələrə necə son qoyulacağı ilə bağlı fərqli düşüncələrə malikdir.

Sergey Lavrov və Mayk Pompeo
Sergey Lavrov və Mayk Pompeo

Lavrov isə öz növbəsində deyib ki, Vaşinqtondakı görüşlər “onların bir-biriləri ilə danışıqlar aparmalarının faydalı olduğunu təsdiq edib”.

Bütün bu məsələləri, o cümlədən ABŞ rəsmilərinin Rusiyanın pisniyyətli adlandırdıqları fəaliyyətlərini nəzərə aldıqda, Amerika rəsmiləri Rusiya ilə münasibətləri bərpa etməyə cəhd etməyə belə diqqətlə yanaşır, çünki onlar bunun Obama administrasiyasının iki ölkə arasında münasibətləri dəyişmək səyləri kimi uğrusuz olacağından narahatdır.

Bu cür düşünən isə təkcə ABŞ rəsmiləri deyil. Chatham House-un təhlilçiləri Ceyms Niksi və Matyo Buleq deyir ki, Kremlə qarşı böyük addımlar atmaq hazırkı və keçmiş Qərb liderlərinin səhvlərinin təkrarı olacaq.

Onlar bu yaxınlarda Londonda qərargahlanan düşüncə mərkəzində Fransa lideri Emmanuel Makronun sentyabr ayında Rusiyanı Qərb dünyasına geri gətirmək çağırışlarını tənqid edərək deyiblər ki, o Moskvaya olan pərəstişkarlığında prinsip və sübutları nəzərə almır.

Kremldə də bəziləri Moskva ilə Vaşinqton arasında münasibətlərdə böyük irəliləyişlərin olacağına dair ümidlərin az olduğunu düşünür. Amma onlar buna görə ABŞ və Avropa hökümətlərini günahlandırır.

Onlar münasibtələrdə kəskin pisləşmənin sabiq Rusiya prezidenti Boris Yeltsinin dövründə və NATO şərqə doğru uzanıb, keçmiş kommunist Baltikyanı dövətləri də üzv edəndən sonra başladığını deyir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO