Özbəkistanda parlament seçkiləri baş tutdu - FOTO
Dekabrın 22-də Özbəkistanda keçirilən parlament seçkiləri baş tutmuş hesab olunur.
Rakus.az xəbər verir ki, Özbəkistan vaxtı ilə saat 15.00-dək olan məlumata görə, seçicilərin 58,3 faizi seçkilərdə iştirak edib.
Özbəkistan qanunvericiliyinə görə, seçicilərin 33 faizi səsvermədə iştirak etdikdə seçkilər baş tutmuş sayılır.
Özbəkistanda fəaliyyət göstərən “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası seçkilərdə iştirak edir.
Azərbaycan Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə də seçkiləri müşahidəçi kimi izləyir.