Dünya 30.12.2019 23:39

Rusiya-Ukrayna münaqişəsi – Tərəflərin məhbus mübadiləsi – TƏHLİL - FOTO

Ukrayna rəsmiləri və ölkənin şərqindəki Rusiya tərəfdarı separatçılar bazar günü onlarla məhbusun mübadiləsini aparacaqlarına razılaşıblar.

Rakus.az xəbər verir ki, bu barədə beynəlxalq icitmaiyyət tərəfindən tanınmayan Donetsk respublikası bildirib.

Hər iki tərəf bu ayın əvvəli bildirib ki, onlar Parisdə Avropadakı yeganə aktiv müharibədə gərinliyin qarşısını almaq məqsədilə keçirilən sülh danışıqlarının ardınca ilin sonunadək məhbus mübadiləsi aparacaqlar.

“Kiyev və Donbas dekabrın 29-da məhbus mübadiləsi aparacaqları ilə bağlı razılıq əldə edib”,- Donetsk hökümətinin sözçüsü Daria Morozova bildirib.

O deyib ki, iki separtçı ərazisi, Donetsk və Luhanska 87 məhbus təhvil veriləcək, digər 55 məhbus isə Kiyevə veriləcək. O, məhbusların kimliklərini açıqlamayıb.

Məhbus mübadiləsinin separtçıların nəzarət etdiyi Donetsk regionunda Qorlivka şəhəri yaxınlığında baş tutacağı gözlənilir.

Rusiya mediası bildirib ki, əməliyyat cəbhə xəttində həyata keçiriləcək.

Ukrayna rəsmiləri isə məlumatı nə təsdiqləyib nə də təkzib edib.

“Biz bununla bağlı şərh vermirik” – deyə, Ukrayna təhlükəsizlik xidməti SBU-nun sözçüsü Olena Guitlianska bildirib.

Bu, Ukrayna Rusiya ilə məhbus mübadiləsi aparandan üç ay sonraya təsadüf edəcək.

Volodimir Zelenski, Angela Merkel, Emmanuel Makron və Vladimir Putin
Volodimir Zelenski, Angela Merkel, Emmanuel Makron və Vladimir Putin

Rusiya tərəfdarı yarı-hərbi dəstələr 2014-cü ildə Ukraynanın şərqində müstəqillik uğrunda döyüşlərə başlayandan bəri 13 mindən çox insan həyatını itirib. Bu müqanişə Rusiyanın Qərblə münasibətlərini daha da gərginləşdirib.

Bazar günü baş tutacağı gözlənilən məhbus mübadiləsi ilə bağlı çox detal yoxdur və rəsmilər məhbus siyahısı üzərində hələ də danışıqların aparıldığını deyib.

ATƏT-in xüsusi nümayəndəsi Martin Sacdik məhbus mübadiləsi üçün hazırlıqların görüldüyünü deyib.

Bu ay Parisdə keçirilən sammitdə Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri atəşkəs tətbiq edib, 2020-ci ilin mart ayınadək münaqişə zonalarından qüvvələrin çıxarılması üzərində razılıq əldə edib.

Məhbus mübadiləsi Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə ilk dəfə Parisdə Ukraynanın şərqində sülhün bərqərar olunması üçün səylərin artırılmasına yönəlmiş sammit çərçivəsində görüşəndən sonraya təsadüf edir.

Ukrayna rəsmiləri və Rusiyanın Ukraynanın şərqində dəstəklədiyi separtçılar məhbus mübadiləsini başa çatdırıb. Bu barədə Ukrayna prezidentinin ofisi dekabrın 29-da məlumat verib.

“Məhbusların mübadiləsi başa çatdı”, prezident aparatı “Twitter” səhifəsində bildirib və hökümətə 76 nəfərin təhvil verildiyini əlavə edib.

Bundan öncə Ukrayna prezidentinin rəsmi “Twitter” səhifəsində “Mayorsk nəzarət-buraxılış məntəqəsində həbs olunan insanların azadlığa buraxılma prosesi başlayıb” –yazılmışdı və avtobus, təcili tibbi yardım maşınları və silahlı əsgərlərin fotoları paylaşılmışdı.

Rusiya xəbər agentlikləri özünü Donetsk Xalq Respublikası adlandıran Rusiya-nın dəstəklədiyi separatçı qrupun ombudsmanı Darya Morozovanın “Mübadilə başlayıb” dediyinə dair məlumat paylaşmışdı.

UNIAN xəbər agentliyi də daha öncə separatçı qrupun nümayəndəsinə istinadən bildirmişdi ki, Ukrayna tərəfinin 87, separatçıların isə 55 nəfəri təhvil verəcəyi gözlənilir.

Bu, son dörd ayda ikinci məhbus mübadiləsidir.

Mediada yer alan məlumatlara əsasən, məhbus mübadiləsi Donetskdən 35 kilometr uzaqlıqda yerləşən Horlivka kəndi yaxınlığında baş tutub.

Son məhbus mübadiləsi zamanı Rusiya və Ukrayna ümumilkdə 70 məhbusun mübadiləsini aparıb. Bir çoxları bu addımı 13 mindən çox insanın ölümü ilə nəticələnən müharibədə gərginliyi azaltmağa yönəlmiş səylərdə irəliləyiş kimi qiymətləndirib.

Rusiya münaqişədə tərəf olmadığını təkd edir, baxmayaraq ki, Rusiyanın separatçı liderlərlə kommunikasiyası, rusiyalıların ələ keçirildiyi və döyüşlərdə rusiyalıların öldüyünə dair dəlillər mövcuddur.

Məhbus mübadiləsi Kyivdə birmənalı qarşılanmayıb.

AFP-ə əsasən, hökümətin 2014-cü ildə Qərb tərəfdarı qiyam zamanı etirazçıları öldürməkdə şübhəli bilinən bir neçə iğtişaş polisini separatçılara təhvil verəcəyi gözlənilir.

İğtişaş polisinin qurbanlarının ailələri Facebook-da Zelenskiyə açıq məktub unvanlayaraq, onların təhvil verilməsinin etiraz dalğasına səbəb ola biləcəyinə dair xəbərdarlıq edib.

“Biz sizə bildirmək istəyirik ki, bu insanlar Ukraynanın şərqində davam edən münaqişənin nə iştirakçıları nə də qurbanlarıdır,” onlar yazıb.

Donbas kimi tanınan regionda müqanişə Zelenskinin üzləşdiyi ən böyük çətinlikdir. O, münaqişəyə son qoyacağını vəd edib. Zelenski mayın 20-də vəzifəsinin icrasına başlayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukrayanın şərqində separatçılara dəstək verdiyinə və Ukraynanın Krım regionunu ilhaq etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO