Dünya 01.01.2020 23:39

Ötən ilin mənzərəsi – Dünyanı bürüyən etirazlar – TƏHLİL - FOTO - VİDEO

Ötən il Honkonqdan tutmuş Çiliyə, Sudandan tutmuş İrana qədər dünyanın bir çox guşələrini etirazlar bürüdü.

Rakus.az xəbər verir ki, 10-dan çox ölkənin vətəndaşları etirazlarını bildirmək üçün küçələrə çıxdı və bir çoxları nəticəyə nail oldu.

Fransada etirazçılar sarı rəngli gödəkçələrini geyinib daha yaxşl əmək haqqı və bahalaşmaya son qoyulmasını tələb etdilər. Sudanda xalq bir diktatorun 40 illik soyqırımmı rejimini alt-üst etdi.

Haitidə etirazçılar prezidentin istefasını və korrupsioner məmurların mühakimə olunmasını tələb etdilər. Honkonqda Çin rəsmilərinin ekstradisiya qanuna qarşı başlayan etirazlar vüsət alaraq demokratiya da daxil olmaqla daha çox tələbləri əhatə etdi. “Yaşlı nəsil bəşəriyyətin üzləşdiyi ən böyük böhranın öhdəsindən gələ bilmədi” deyə, etirazçılardan biri bildirir.

Hətta məktəb uşaqları böyüklərdən planetə daha yaxşı qayğı göstərmələrini tələb etmək üçün küçələrə çıxdı.

İraq, Livan, Ekvador küçələrində, İranda belə insanlar küçələrə çıxıb “Yetər!” deyərək, iqtisadiyyatda islahatlar tələb etdilər.

BMT-nin baş katibi hökumətləri vətəndaşlarının əsl problemlərini dinləməyə çağırdı. Antonio Quterres: “İnsanlar və siyasi elitalar arasında etimadsızlıq və sosial kontrakta təhlükə artır. Dünya eyni zamanda qloballaşmanın və cəmiyyətlər arasında bərabərsizliyi artıran yeni texnologiyaların təsirləri ilə ayaqlaşmağa çalışır.”

Buna cavab olaraq bəzi hökumətlər şikayətləri həll etməyə çalışdığı halda digərləri hakimiyyətdə qalmaq üçün zorakılığa əl atdı. İraq və İranda yüzlərlə etirazçı aqressiv təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.

Bəzi ölkələrdə etirazlar dinc şəraitdə keçsə də, Fransa, Çili, Ekvador, Boliviya və Honkonqda zorakılıqlar və dağıntılar oldu. Human Rights Watch-dan Lui Şarbone: “Onların dinc etiraz etmək hüququ var. Təəssüf ki, hökumətlər bir çox hallarda ifrat güc tətbiq edərək insanları həbs edir, bəzən hətta öldürür. Bu, qanunsuzluqdur. Qətllərə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı etirazçılar da məsuliyyətli davranmalıdırlar. ”

Bütün etirazların ortaq cəhətlərindən biri də münasibətdə dəyişiklikdir. Rutgers universitetinin professoru Ömər Devaçi: “Bu yerlərin bir çoxunda gördüyümüz əsas şey qorxu baryerinin qırılmasıdır. İnsanlar indi küçəyə çıxmaqdan və bu siyasətçiləri tənqid etməkdən çəkinmirlər. Bu, əvvəllər qadağan idi. Xalqın gücündən qorxan indi siyasətçilərdir. Həm də güc qüdrətli ünsiyyət vasitəsi olan sosial mediadan ilham alır”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO