Yunis Səfərovun məhkəməsi başladı
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 dəstə üzvünün cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Rakus.az xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.
İclasda vəkillər prosesin audio və videoyazısının aparılması, cinayət işinin ibtidai istintaqa qaytarılması, maddi sübutlarla baxış keçirilməsi, bəzi təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlər veriblər.
İclasda təqsirləndirilən Yunis Səfərov dövlət tərəfindən təyin edilən vəkildən imtina etdiyini bildirib və hüquqlarını vəkil Elçin Sadıqovun müdafiə etməsini istəyib.
Hazırlıq iclası yanvarın 8-də davam edəcək. (report.az)