Nərminin qatilləri ən ağır cəza almalıdır – Deputat
Ölkəmizdə 10 yaşlı qızın – Nərminin öldürülməsi gündəmi son dərəcə ciddi narahat edən hadisədir.
Rakus.az xəbər verir ki, bununla bağlı fikrini açıqlayan millət vəkili Aydın Mirzəzadə şok hisslər yaşadığını bildirib:
“Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi mənə çox pis təsir etdi.
Dünəndən bu məlumatı oxuyandan mən də şokdayam. Körpə bir uşağa qarşı belə bir vəhşi hərəkətin edilməsi yolverilməzdir. Bu hadisənin artıq araşdırılmasına başlanılıb, qısa bir zamanda bu cinayəti törədənlərin aşkar edilməsini gözləyirik.
Cinayətkarlar ən ağır cəza almalıdırlar.
Və sonda.
Hörmətli atalar, analar, babalar, nənələr.
Uşaqları həmişə diqqətdə saxlayın, onları gözdən qoymayın, onların çətinliklərindən, problemlərindən daima xəbərdar olun, onları həyatın çətinliklərinə hazırlayın. Vaxtınızın çoxunu onlara sərf edin, onların həyatının ayrılmaz hissəsinə çevrilməyi bacarın”.