Dünya 12.01.2020 23:39

İranın hərbi səhvi- region üçün təhlükə – ABŞ “avantürizmi” -TƏHLİL - FOTO

İran Ukrayna sərnişin təyyarəsini raketlə vurduğunu etiraf edib. Tehran ətrafında vurulan təyyarənin bütün sərnişin və ekipajı (176 nəfər) həlak olub.

Rakus.az xəbər verir ki, İran hökuməti təyyarənn səhvən vurulduğunu və bunun “insan xətası” ilə əlaqədar olduğunu bildirib.

İranın xarici işlər naziri Cavad Zərif bununla belə İran hərbçilərinin törətdiyi hücuma görə ABŞ “avantürizmini” günahlandırıb.

İranın öz hava limanından qalxan mülki təyyarəni hərbi obyektlə səhv salaraq vurması Azərbaycanda tənqidi reaksiyalar doğurub. Çünki, Azərbaycan İranla 765 kilometr məsafədə həmsərhəddir.

Ekspertlər nüvə silahına nail olmağa iddia edən İranı Azərbaycan üçün təhlükə kimi görür.

İlham İsmayıl
İlham İsmayıl

İlham İsmayıl: İranın hərbi sistemi region üçün təhlükədir

Təhülkəsizlik məsələləri üzrə ekspert, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, hərbi obyektlə mülki obyekti səhv salaraq böyük faciə törədən İran hərbi sistemi region üçün təhlükədir.

“İranın belə səhvi nəinki Azərbaycan üçün, bəşəriyyət üçün təhlükədir. İdeoloji dövlətlərdə, ümumiyyətlə dini zəmində olan ideoloji dövlətlərdə, İran kimi dövlətlərdə nüvə silahının olması bütün dünya üçün təhlükə olar. Bunu da ən yaxşı bilən Amerika və İsrail dövlətləridir. Amerika və İsrail bilir ki, nüvə silahı İranın əlinə düşsə ata bilər. Elə düşünməyin ki, səhvən atarlar, elə qəsdən də ata bilərlər. Qonşumuzda nüvə silahı olan bu cür dövlətin olması bizim üçün böyük təhlükədir. İran Amerikadan qorxur, amma Azərbaycandan qorxmur. Bu səbəbdən də Azərbaycan üçün hər cür təhlükə törədə bilər. Bu səbəbdən də Azərbaycan Amerika və İsrailin İranın nüvə silahı yaratmaq cəhdinə qarşı çıxmasına dəstək verməlidir,” ekspert qeyd edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: Fəlakətli səhv

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu İranın Ukrayna mülki təyyarəsini vurmasını “fəlakətli səhv” adlandırıb.

“İran Ordusunun Baş Qərargahı Ukrayna Hava Yollarına aid təyyarənin həssas hərbi nöqtədən keçərkən hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulması barədə açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, “Ukrayna Hava Yollarına aid 752 saylı reys bu həssas və böhran şərtlərində İmam Xomeyni Beynəlxalq Aeroportundan hərəkət etdi. Təyyarə dönərkən İnqilab Keşikçiləri Korpusunun həssas hərbi mərkəzlərindən birinə yaxınlaşdı. Yüksəkliyi və vəziyyəti hücum edəcək kimi görünürdü. Sözügedən təyyarə insan səhvi ucbatından və bilməyərəkdən hədəf alındı”.

“Dəhşətdir. Belə də səhv olar? Bu hadisə nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həyatını itirib. Əgər İran nüvə silahına malik olarsa, onda onların səhvi bəşəriyyəti məhv edər. Çox təhlükəlidir!” İbadoğlu facebook səhifəsində yazıb.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov: Təhlükə həmişə olur

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində bildirib ki, İranın mülki təyyarəni vurması kimi səhvlər həmişə olub. Nazir İranın səhvinin Azərbaycan üçün də təhlükə yaratmaq ehtimallarını bölüşmür.

 

“Belə hadisələr bütün bölgələrdə olur. Yadınızdadırsa bir zamanlar Amerikanın hərbi gəmisindən İran təyyarəsinə qarşı da raket atılıb və 300-ə yaxın sərnişin həlak olub. (1988-ci ildə iyulun 3-də Fars körfəzi üzərində Dubaydan İranın Bəndər-Abbas şəhərinə uçan sərnişin təyyarəsi ABŞ-ın “USS Vincennes” hərbi gəmisindən atılan raketlə vurulub. Nəticədə sərnişin və ekipaj üzvləri ilə birlikdə 290 nəfər həlak olub. ABŞ hər bir ölmüş sərnişinin ailəsinə 213 min 103 dollar 45 sent kompensasiya ödəyib-red) Yəni bu cür hadisələr müxtəlif yerlərdə baş verir və onların bir-biri ilə əlaqəsi yoxdur. İkinci məsələ, İranın nüvə silahı iddiasına gəlincə, mən bildiyim kimi, beynəlxalq ictimaiyyət tərəfindən buna ciddi maneələr var. İkincisi isə İran tərəfi də bəyan edib ki, nüvə silahı yaratmaq iddiaları yoxdur.”

 

İranın hərbi səhvlərinin Azərbaycan üçün təhlükələrinə gəlincə, keçmiş nazir deyib ki, təhlükə həmişə olur.

“Bu cür təhlükəli vəziyyət yarananda, hərbi əməlliyatlar bərpa olunanda təbii ki, bu, istər-istəməz təhlükələr yaradır. Hətta regiondan aralı olan Ukraynanın vətəndaşları belə gərginliyin qurbanları olub,” Zülfüqarov Amerikanın Səsinə deyib.

Tapdıq Fərhadoğlu (Amerikanın səsi)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO