Putinin baş nazir seçimi – Rusiyanın taleyi -TƏHLİL - FOTO
Rusiya qanunvericiləri cümə axşamı prezident Vladimir Putinin təklif etdiyi Mixail Mişustini ölkənin yeni baş naziri vəzifəsinə təsdiq edib.
Rakus.az xəbər verir ki, səsvermə çərşənbə günü Kremldə fövqəladə bir gündə, Putinin konstitusiyada ciddi dəyişikliklər edilməsi ilə bağlı qərarın təklifndən və baş nazir Dmitri Medvedevin istefasını qəbul etməsindən bir gün sonra keçirilib. Baş nazirin sözlərinə görə, bu qərar Vladimir Putinin yanvarın 15-də Məclisdəki çıxışı zamanı Konstitusiya dəyişikliklər təklif etməsi ilə verilib.
Medvedev Nazirflər Kabinetindən istefasını Putinin prezidentlik səlahiyyətindən istifadə edərək, parlamenti gücləndirməyə yönəlmiş bir sıra konstitusiya dəyişikliklərini təklif etməsindən az sonra verib.
Bundan sonra Putin son 10 ildə vergilər xidmətinin rəhbəri, lakin ictimaiyyətə az məlum olan 53 yaşlı Mişustinin namizədliyini irəli sürüb.
Putin konstitusiya islahatı ilə bağlı təkliflərini Federal Məclisə illik müraciəti zamanı səsləndirib. Bu, hazırkı və son prezidentlik müddəti 2024-cü ildə başa çatdıqda Putinə ölkədəki nüfuzunu qorumaq üçün zəmin yaradıb.
İstefadan sonra Prezidentin Medvedevə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini təklif edəcəyi bildirilir.
Dmitri Medvedev 2012-ci ildən Rusiya Federasiyası hökumətinə rəhbərlik edir. 2008-ci ildən 2012-ci ilə qədər Rusiya Prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2012-ci ildən etibarən Medvedev “Vahid Rusiya” Partiyasına rəhbərlik edir.
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Dmitri Medvedev bu vəzifəyə rəhbər təyin edilib.
Sənəd Kremlin rəsmi saytında dərc olunub.
Xatırladaq ki, V.Putin Təhlükəsizlik Şurasının sədridir.