Nigar Camal Elinaya görə Prezidentə müraciət etdi - VİDEO
“Eurovision 2011” qalibimiz Nigar Camal 162 saylı orta məktəbdə yaşanan intihat hadisəsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Rakus.az xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında video paylaşıb.
Camal hadisədə təqsiri olan hər kəsin cəzalandırılmasını xahiş edib:
“Ölkə rəhbərliyinə üzümü tutaraq, Bakı şəhəri 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru, həmçinin, bütün təqsiri olan şəxslərin heç bir güzəşt olmadan, qanun çərçivəsində və ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Cənab Prezident, uşaqlarımızı xilas edin”.
Qeyd edək ki, hadisə 4 apreldə baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.