Dünya 19.01.2020 23:39

Kremlin məqsədi – Putinin “tək lider” olmaq istəyi – TƏHLİL - FOTO

Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildə olduğu kimi, hakimiyyətini uzatmaq planlarını açıqlamaq əvəzinə Rusiya parlamentinə daha çox səlahiyyət verəcək konstitusiya düzəlişləri irəli sürüb.

Rakus.az xəbər verir ki, Putin bunu “fait accompli” (baş vermis fakt) kimi təqdim etmək əvəzinə, insanların səsvermə yolu ilə qərarlar verməli olduqlarını söyləyib.

Bunun ardınca isə gözlənilmədən tez bir zamanda Rusiya hökümətində dəyişikliklər edərək heç bir siyasi məqsədi olmayan az tanınan rəsmini baş nazir təyin edib.

Bir çoxları Putinin bu addımlarını 2024-cü ildə bitən prezidentlik dövründən sonra da hakimiyyətdə qala bilmək üçün strategiya adlandırır. Onun baş nazir və ya Dövlət Şurasının başçısı kimi hakimiyyətdə qalmasına icazə verəcək konstitusiya islahatları belə görünür ictimaiyyətin qəzəbinə səbəb olmayıb.

Mixail Mişustin
Mixail Mişustin

Bundan əlavə Rusiyanın baş naziri Dmitri Medvedevin istefası da qəzəblə qarşılanmayıb. Putin onu tez bir zamanda az tanınan vergi idarəsi rəhbəri Mixail Mişustinlə əvəzləyib.

Bundan sonra bir neçə etiraz çağırışı olub: Bir müxalifət tərəfdarı insanları onun şənbə günü prezident administrasiyası binasının önündə tək nəfərlik piketinə qoşulmağa çağırıb. Bir digəri isə etirazçıları şənbə günü “konsitusion çevrilişə” qarşı çıxmağa çağırıb.

Bu, 2011-2012-ci illərdə baş verənlərdən fərqlidir. O zaman Putinin prezidentliyə geri dönmək səyləri rusiyalıların liberallaşma ümidlərinə son qoymuş, Moskvada kütləvi etirazlara səbəb olmuşdu.

Putin çərşənbə günü çıxışında konstitusiyaya düzəliş planını demokratiyanı yaxşılaşdırmaq yolu kimi təqdim edib, qanunvericilərin baş naziri və kabinet üzvlərini seçmək imkanının olacağını söyləyərək, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılacağına işarə edib.

Putin həmçinin deyib ki, konstitusiya Dövlət Şurasına daha böyük rol verə bilər. Dövlət Şurası regional qubernatorlar və federal rəsmilərdən ibarət qeyri-müəyyən məşvərətçi qurumdur. Bu isə Putinin həmin qurumda idarəçi roluna keçməyi planlaşdırdığına işarə edib.

O həmçinin Rusiya qanunlarına üstünlük verilməsinə çağırıb. Belə ki, bundan sonra Avropa İnsan Haqları Məhkəməsinin Moskvanın qarşı çıxdığı qərarlar vermək səlahiyyəti olmayacaq.

Bütün bunlar “vətəndaş cəmiyyətinin, siyasi partiyaların və regionların dövlətimizin inkişafı ilə bağlı mühüm qərarların verilməsindəki rolunu gücləndirəcək”,- Putin cümə axşamı qanunvericilərlə düzəlişləri müzakirə edərkən bildirib.

Hökümət rəsmiləri və şərhçilər yeni baş nazir Mişustini Rusiyanın durğun iqtisadiyyatını böhrandan çıxarmağa yardım edəcək maliyyə sahəsində təcrübəsi olan “effektiv menecer” adlandırarıb.

Bir çox rusiyalı bunu təkmilləşdirilmiş siyasi plan əvəzinə müsbət dəyişiklik olaraq görür. Cümə günü Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən VTsIOM sorğu təşkilatının apardığı rəy sorğusunun nəticəsinə görə, iştirakçıların 45 faizi bu dəyişiklikləri Putinin mövcud güc strukturunu dəyişmək istəyi kimi görür.

Alekse Navalnı
Alekse Navalnı

Lakin Aleksey Navalnı kimi müxalifət liderləri deyib ki, bu dəyişikliklər insanların istədiyi dəyişikliklər deyil. Navalnı “Twitter”də yazıb ki, Putin “ömrü boyu tək lider” olaraq qalmaq və Rusiyanı özü ilə tərəfdarları arasında bölünmüş “mülkiyyət” kimi idarə etmək istəyir.

Navalnının müttəfiqi Lyubov Sobol da deyib ki, bu dəyişikliklər Rusiyanın gerçək istəklərini əks etdirmir.

“İnsanlar korrupsiyaya son qoyulmasını tələb edir, insanlar yaşayış şəraitlərinin yaxşılaşmasını tələb edir. Onlar səhiyyə sistemində islahat tələb edir, onlar pensiya islahatından narahatdır. Bu tələblərin heç biri qarşılanmır”,- Sobol bildirib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO