Dünya 05.02.2020 23:39

Tram-Nensi qarşıdurması – diqqətdən qaçmayan məqamlar – TƏHLİL - FOTO - VİDEO

Prezident Donald Tramp üçüncü illik hesabat məruzəsinə ABŞ-ın onun hakimiyyəti dönəmində əldə etdiyi iqtisadi nailiyyətləri sadalamaqla başladı.

Rakus.az xəbər verir ki, “Daha dörd il” sədaları Senat zalında yüksəldikcə Tramp ölkə boyu rekord aşağı işsizlik, ələlxüsus afro-amerikalılar, qadınlar və veteranlar arasında aşağı işsizlik səviyyəsini önə çəkdi.

“Mən vədlərimə sadiq çıxıram,” Tramp bəyan etdi: “Üç qısa il ərzində biz Amerikan süqutu mentalitetini dağıtmışıq və Amerikanın kiçilməsi trayektoriyasını rədd etmişik. Biz bu yaxınlaradək ağla sığmayacaq bir sürətlə irəliləyirik və geri dönmək yoxdur.”

O, iş yerlərinin artımına diqqət çəkərək administrasiyasının nizamlamaları ləğv etməsi sayəsində ABŞ-ın dünyada bir nömrəli neft və qaz istehsalçısına çevrildiyini söylədi.

Amerikada biznes bumunun yaşandığını deyən Tramp dünya iqtisadiyyatının dayağı olaraq Birləşmiş Ştatların rolunu vurğuladı.

Tramp həmçinin ölkədə cinayət səviyyəsinin azaldığını bildirdi.

ABŞ düşmənlərinin pərən-pərən düşdüyünü bildirən Tramp hərbi qüvvələrin gücləndirildiyini və ölkəyə “yenidən hörmət edildiyini” bəyan etdi.

Prezidentin bəzi bəyanatları Demokratların etirazları ilə qarşılansa da zaldakı Respublikaçılar prezidentin iqtisadi uğurlar barədə az qala hər bəyanatını ayaq üstə hərarətli alqışlarla qarşıladılar.

Trampın sürpriz qonaqlarından biri Venesuela müxalifətinin lideri Xuan Quaydo idi. Quaydonu “Venesuela prezidenti” adlandıran Tramp Nikolas Maduronun hakimiyyətini qeyri-legitim adlandırdı və bu hakimiyyətə tezliklə son qoyulacağını bildirdi.

ABŞ və onun müttəfiqləri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyır.
ABŞ və onun müttəfiqləri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyır.

Xarici siyasət sahəsində əldə olunan nailiyyətlər sırasında ABŞ prezidenti İŞİD-in süqutunu, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin və əli yüzlərlə ABŞ əsgərinin qanına batmış İran Generalı Qasım Süleymaninin öldürülməsini önə çəkdi.

Tramp aydın etdi ki, o, ABŞ qüvvələrinin Yaxın Şərqdəki müharibələrdə iştirakına son qoymaq əzmindədir, lakin amerikan həyatına qəsd edən terrorçu öz həyatına qəsd etmiş olacaq.

Səhiyyə və təhsil islahatlarına toxunan ABŞ prezidenti sosialist düşüncə tərzini rədd edərək bu sahələrdə dövlət nəzarətinin gücləndirilməsi əleyhinə çıxış etdi.

Nitqini optimist tonda bitirən Tramp Amerikanın ən yaxşı günlərinin hələ irəlidə olduğunu söylədi.

“Amerika erası, Amerika epopeyası, Amerika macərası hələ təzə başlayır,” Tramp bildirdi: “Günəş hələ də qalxır, Tanrının izzəti hələ də parlayır.”

Demokratların Trampın nitqinə cavabını Miçiqan Qubernatoru Qretçen Vitmer verib.

On dəqiqəlik çıxışında Vitmer milyonlarla amerikalının dolanışıqda çətinliklərlə üzləşdiyini önə çəkdi.

“Demokratlar sizin səhiyyə xidmətinizi yaxşılaşdırmaq istəyirlər. Vaşinqtondakı Resublikaçılar isə onu əlinizdən almaq”, – Vitmer dedi.

Qızlarının şagirdləri olduğu Şərqi Lansing Orta Məktəbində danışan Miçiqan Qubernatoru səhm birjasındakı artımla insanların güzəranı arasında təzad olduğunu vurğuladı.

Bu xüsusda o, xəstələrin dərman pulu, tələbələrin təhsil borclarını ödəməkdə üzləşdikləri problemlərə diqqət yönəltdi.

“Şirkət rəhbərlərinin maaşları artıdğı halda, işçilərin maaşları yerində qalır”, – o bildirdi.

ABŞ Prezidenti Donald Tramp “Ölkənin vəziyyəti haqqında” illik müraciətindən əvvəl Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina edib.

Hadisə ABŞ dövlətinin başçısı müraciətinin başlanğıcından əvvəl, çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb. Lakin qadın dövlət başçısının cavab jesti ilə qarşılaşmayıb. Nensi Pelosi prezidentin bu hərəkətinə gülüb.

Bu, ABŞ prezidentinin siyasi rəqibinə qarşı ilk xoşagəlməz rəftarı deyil. 2019-cu ilin oktyabrında Donald Tramp “Twitter”dəki səhifəsində spikerin fotosunu paylaşaraq “Öz iflası ilə məyus edilmiş əsəbi Nensi” sözlərini yazıb.

Ötən il dekabrın sonunda isə Tramp özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda spiker Pelosini “dəli Nensi” adlandıraraq aşağılayıb.

Videoda ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı, elə bu anda da N.Pelosinin çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atdığı aydın görünür.

Fevralın 4-də D.Tramp konqresmenlər qarşısındakı illik çıxışını edərək ölkənin vəziyyəti haqqında fikirlərini çatdırıb. Tramp kürsüyə gələrkən ona əl uzadan Pelosinin əlini sıxmamışdı.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO