Dünya 10.03.2020 23:39

Neft müharibəsi – Səudiyyə Ərəbistanı, yoxsa Rusiya? – TƏHLİL - FOTO

Rəsmi Moskvanın Ər-Riyadın addımına sərt reaksiya verməsi nəticəsində Səudiyyə Ərəbistanı və Rusiya neftdə uzun və dağıdıcı qiymət müharibəsinə başlamaq üçün addımlar atır.

Rakus.az xəbər verir ki, ötən həftə “OPEC+” koalisiyasının nəticəsiz danışıqlarının dünyanın aparıcı neft ixracatçıları arasında davamlı anlaşılmazlıq yaratdığına dair bir şübhə var idisə, Rusiya bazar ertəsi atdığı addımla bu şübhəni tamamilə aradan qaldırdı. Rusiya gələn aydan neft hasilatını artıracaq. “Saudi Aramco”nun satdığı neftin qiymətini əhəmiyyətli dərəcədə azaltması fonunda Rusiyanın Energetika naziri Aleksandr Novak ölkəsinin hücuma məruz qalan ixrac bazarındakı payını qoruyub saxlayacağını söyləyib.

Kreml mübahisənin dağıdıcı təsirlərinə baxmayaraq geri çəkilmədi: 1991-ci il Körfəz müharibəsindən bəri neftin qiymətində ən böyük azalma, neft şirkətlərinin milyardlarla dollar dəyər itirməsi və karbohidrogen resursdan asılı ölkələrdə istiqraz faizlərinin sürətli şəkildə artması. Bütün bunlar mübahisənin təkcə birinci günündə baş verdi. İki böyük güc arasında davam edən mübarizə (hər biri mümkün qədər daha artıq neft hasil etməyə çalışaraq digərinin neftin ucuzlaşan qiymətindən mümkün qədər çox təsir görməsinə çalışır) dünyanın ən vacib əmtəəsini istehsal edən bu sənayedə qalıcı izlər buraxa bilər.

“Neft bazarında “rus ruleti” oynamaq ağır nəticələrə səbəb ola bilər”, – Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol qeyd edib.

F.Birol əlavə edib ki, İraq, Anqola və Nigeriya kimi ölkələrin sabitliyində təhlükə yaranır, hətta bəzi neftdən asılı ölkələr səhiyyə kimi zəruri xərcləri ödəməkdə çətinlik çəkə bilər. Şirkətlərin “qara qızıl”ın aşağı qiyməti səbəbindən maliyyə təzyiqinə məruz qalmaları fonunda ABŞ-da şist nefti hasilatındakı güclü artım da yavaşlaya bilər.

Rusiyanın addımı

Rusiyanın Energetika naziri A.Novak deyib: “Rusiya “OPEC+” üzrə mövcud istehsal məhdudiyyətlərinin saxlanılması tərəfdarə idi. Lakin OPEC bunun əvəzinə klapanı açmağa və bazar payını artırmaq üçün mübarizəyə üstünlük verdi”. Nazir ölkəsinin qiymət təzyiqi ilə ayaqlaşa bilməyəcəyini də söyləyib.

“Rusiya neft sənayesi proqnozlaşdırılan hər hansı qiymət səviyyəsində rəqabətədavamlı olmaq və bazar payını qorumaq üçün yüksəkkeyfiyyətli resur bazasına və kifayət qədər maliyyə gücünə malikdir”, – deyə A.Novak bildirib.

Şirkətə yaxın mənbəyə görə, Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft” “OPEC+” sazişinin müddəti bitən vaxtdan etibarən hasilatını artırmağı planlaşdırır. Şirkətin neft hasilatını nə qədər sürətlə artıra biləcəyi sualına cavab olaraq mənbə təcrübəli analitiklərin hasilatın bir və ya iki həftədə 300 min barrel artacağını hesabladıqlarını söyləyib. Bu həcm sayəsində Rusiya “OPEC+” üzrə tətbiq etdiyi məhdudiyyətləri bərpa edəcək, hətta bir az daha çox məhsul istehsal edəcək.

A.Novakın “OPEC+” üzrə hasilat məhdudiyyətlərinin aprel ayından sonra etibarlı olmayacağını elan etməsindən sonra Rusiyanın digər neft istehsalçısı şirkətləri də “Rosneft”in addımı ata bilər.

Neft hasilatının artırılması aşağı qiymət fonunda bəzi itkiləri əvəz edə bilər. Lakin Rusiya qiymətin düşməsini kompensasiya etmək və rubla dəstək vermək üçün 150 milyard dollara çatan Rifah Fondundan da istifadə edə bilər. Maliyyə Nazirliyi bu ehtiyatların neftin qiymətinin 25-30 dollar/barrelə düşəcəyi zaman yaranacaq itkiləri 6 ildən 10 ilədək bir müddət üçün kompensasiya edə biləcəyini bildirib.

Səudiyyə Ərəbistanı satdığı neftin qiymətini endirmişdi

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” öz neftinin qiymətinə son 30 ildə ən böyük endirim edib. Qlobal miqyasda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının bu misli görünməmiş qiymət endirimindən sonra Asiyadakı dünyanın ən böyük xam neft idxalçıları aprel ayında daha çox səudiyyə nefti almaq niyyətindədir. Belə ki, Çin və Sinqapurun Səudiyyə Ərəbistanından aldıqları neftin həcmini artırmağa çalışdığı qeyd edilir.

Bu ölkələr aprel ayı üçün tələb olunan nefti artıq alıblar və əlavə neft alışı isə cüzi olacaq. Lakin səudiyyəlilər qiymətdəki endirimi may ayına kimi tətbiq etsələr digər tədarükçülər də daha çox həcmdə səudiyyə nefti almağa hazırdır.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Asiya ölkələri Səudiyyə Ərəbistanının neft ixracının üçdəikisini alır.

Ekspertlərin fikrincə, Asiyadakı artan neft tələbatı fonunda yeni “qiymət müharibəsi” başlayır.

Səudiyyə Ərəbistanı da neft hasilatını artıracaq.

Xatırladaq ki, “Light” markalı xam neftin bir barrelinin qiyməti ABŞ-ın neft hasilatını artırdığı bir mühitdə Səudiyyə Ərəbistanının da istədiyi qədər istehsal etməyə qərar verməsi nəticəsində 1985-ci ilin sonundan 1986-cı ilin martınadək təxminən 66 faiz ucuzlaşmışdı. “Brent” markalı neftin qiyməti Səudiyyə Ərəbistanının 1990-cı illərin sonlarında Venesuela ilə hesablaşması səbəbindən qısa müddətə 10 dollar/barreldən aşağı enmişdi.

Bu il martın 9-da isə dünya birjalarında neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma qeydə alınıb. Belə ki, neftin qiyməti gün ərzində 31 faiz ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib. Nəticədə “Brent” markalı xam neftin qiyməti 31,02 dollar/barrelə düşüb.

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” isə neftin bir barrelinin qiymətinin 20 dollara enəcəyi barədə xəbərdarlıq edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO